Icma.az
close
up
RU
Dama dama göl olar , bəs o göldə ev olar?

Dama dama göl olar , bəs o göldə ev olar?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın bir çox ərazisində göllər qurudularaq yerlərində evlər, ictimai obyektlər inşa edilir. Ancaq işin maraqlı tərəfi odur ki, göllər nə qədər qurudulsa da, təbiət öz sözünü deyir. Yağıntılı havada həmin əraziləri yenidən su basır və bir növ göl "qayıdır". Evlərin içərisi çirkab suları ilə dolur. Bəzi insanlar aldıqları torpaq sahəsinin əvvəllər gölün ərazisində olduğunu bilsələr də, əksəriyyətin bundan xəbəri olmur.

Göllərin qurudulması bir sıra hallarda effektiv olsa da, yaşayış üçün həmişə uyğun deyil, bunu əyani müşahidə etmək olur.

Görəsən, qurudulan göllərdə insanların ev tikməsinə icazəni, o evlərin sonradan su ilə dolmayacağına zəmanəti kim verir? Vətəndaş məsuliyyətsiz davrana və ya bu məlumatdan xəbərdar olmaya bilər, bəs aidiyyəti qurumlar hara baxır?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı müvafiq qurumlara sorğu verib.

Əvvəlcə onu qeyd edək ki, sözügedən məsələdə böyük məsuliyyət sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti sorğumuzu cavabsız qoyub.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov isə Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:

"Göllərin qurudulması yalnız o halda mümkündür ki, görülən işlər həmin ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı dövlət proqramları çərçivəsində həyata keçirilsin. Eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi və həmin işlərə dair müsbət ekoloji ekspertiza rəyi verildikdən sonra aidiyyəti orqanların razılığı ilə baş tutsun".

Şöbə müdiri vurğulayıb ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında SİMDNX tərəfindən su obyektlərinin mühafizə rejiminə nəzarət edilməsi məqsədilə ölkə ərazisində nəzərdə tutulmuş qrafik əsasında monitorinq tədbirləri həyata keçirilir:

"Keçirilmiş monitorinqlər əsasında məlum olub ki, Bakıda mövcud olan bir sıra yerüstü sututarların ərazisində ayrı-ayrı şəxslər tərəfindən torpağın hamarlanması işləri aparılır. Sözügedən ərazilərdə aparılan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən, ADSEA ilə razılaşdırılaraq həyata keçirilməlidir.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda qanunvericiliyin bu tələbinə əməl edilmədən işlər aparılır. Tərəfimizdən həmin ərazilər müəyyən edilərək müvafiq sənədləşmə işləri aparılır və təqsirkar şəxslərin əhatə dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, həmçinin sözügedən işlərin dərhal dayandırılması məqsədilə aidiyyəti üzrə hüquq-mühafizə orqanları və yerli icra hakimiyyətlərinə müraciətlər edilir".

"Su obyektlərinin istifadəsi və mühafizə qaydalarının pozulmasına görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyətinin ADSEA-ya verilməsi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklər edilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib", - deyə A. Bədəlov fikrini yekunlaşdırıb.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri