Icma.az
close
up
RU
Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı onlayn iclas keçirilib FOTO

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı onlayn iclas keçirilib FOTO

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, iclasda çıxış edən İşçi qrupun rəhbəri Rafiq Aslanov Qarabağ suvarma kanalının normal su sərfinin 113 m³/san-dən 135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın beton üzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkinin azaldılması hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166 min hektara qədər artırılacağını, eyni zamanda, kanalın 106-cı km-dən sonra trassasının dəyişdirilməsi ilə Beyləqan və Ağcabədi rayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən 20 min hektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öz töhvəsini verəcəyini bildirib.

Daha sonra, ADSEA tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış Qarabağ suvarma kanalının yenidən qurulmasının TİƏ və layihə sənədlərinin cari vəziyyəti barəsində təqdimatı keçirilib.

Təqdimatda layihənin hazırkı vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində İşçi qrupunun üzvlərinə ətraflı məlumat verilib.

İclas zamanı, həmçinin, işçi qrupunda təmsil olan müvafiq mərkəzi icra hakimikyyəti orqanların, eləcə də kanalın keçdiyi inzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri layihənin vaxtında və peşəkar formada hazırlandığını bildirərək, fikir və təkliflərini səsləndiriliblər.

Sonda işçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin hazırlanması 2026-cı ilin birinci yarısında tamamlanacaq. Layihənin icrasına və tikinti işlərinə başlanılması nəticəsində kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.

Qeyd edək ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli, 85 nömrəli Sərəncam əsasında həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see127

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see125

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see124

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri