Icma.az
close
up
RU
Qalib Azərbaycanın növbəti qələbəsi: 30 oktyabr 2020 ci il!

Qalib Azərbaycanın növbəti qələbəsi: 30 oktyabr 2020 ci il!

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

30 ilə yaxın Ermənistanın işğalında qalan yurd yerlərimiz bir-birinin ardınca azad olunur, həmin torpaqlarda bayraqlarımız dalğalanırdı. Artıq Vətən müharibəsinin 34-cü günü idi. Tarixi zəfərimizi yazırdıq. Yaşadığımız və şahidi olduğumuz hadisələr bunu deyirdi. Beş il bundan öncə, 30 oktyabrda "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirmişdir. Bu və ya digər ərazilərin işğaldan azad olunması Azərbaycanın güclü və qüdrətli bir ölkə olduğunu təqdim edirdi. 44 günlük vətən müharibəsinin reallıqları bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən də böyük siyasi xadim, strateqdir və hər bir məsələnin müdrikliklə həllinə nail olur. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. Xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində 30 il ərzində silahlanmış, istehkamlar qurmuş düşmən üzərində Qələbəmizə nail olduq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı qələbəni döyüş meydanında əldə etdi.

"MƏĞLUBEDİLMƏZ ERMƏNİ ORDUSU'' MİFİ DAĞIDILDI

Zəfər tarixini yazmış Azərbaycan Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində təslim olmağa vadar etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına səbəb oldu.

2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. Xarı bülbülümüz nigaran baxışlarını yollardan çəkilib, hər gəlib-gedən əzəli sakinlərinə "Xoş gəldin", - deyir. Təbiət də oyanıb. Bu oyanış böyük bir müjdəyə susuz idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mücadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşatdı. Gözün aydın AZƏRBAYCAN! – deyirik, bir daha. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünyaya yayıldı. Zəfər günümüzü yaşadıq. Vətən oğulları hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksələn oğullar Vətən savaşında şücaət göstərərək, düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, onlara borcluyuq. Vətənimizin ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli vəzifəsini yerinə yetirən vətən oğulları dövlətimiz tərəfindən bir sıra medal və ordenlərə layiq görüldülər.

Çox keçmədi ki, xalqımızın igidlik göstərmiş övladları, gəncləri dövlət başçısının Sərəncamı ilə yüksək adlara layiq görüldülər. Bu onlara qarşı bir ehtiramdır, sevgidir. Azərbaycanda Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edildi. "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olundular. Bundan başqa, döyüşdə qəhrəmanlıq, şücaət göstərən vətən oğullarına "Vətən Müharibəsi Qəhrəmanı" adı da verildi. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.

İŞĞALÇI ERMƏNİSTANIN MƏĞLUBİYYƏTİNİN GÖSTƏRİCİSİ - QƏNİMƏTLƏR PARKI

Paytaxtımızda açılışı olan Hərbi Qənimətlər Parkı vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisidir. Parkın adı hər şeyi demiş olur. 44 günlük müharibədə Azərbaycan ordusunun gücü nəticəsində erməni ordusu məhv edilərək, məğlubiyyət uğradı. Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkı 44 günlük müharibənin gedişi, Azərbaycan ordusunun qalibiyyəti ətrafında olan fikirləri əks etdirir. Belə ki, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışı zamanı lövhənin qarşısında çıxış edərkən bildirmişdir ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb: "Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var".

"BUDUR, ONLARA VERİLƏN CAVAB. QARABAĞ AZƏRBAYCANDIR!"

Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. Artıq Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Nizami və güclü Azərbaycan ordusu var. Müasir silahlarla təchiz olunmuş ordumuz var və 44 günlük döyüş meydanında öz sözünün deyən bir ordu. Dövlət başçısı bildirib ki, hələ müharibənin getdiyi dövrdə Mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Həmin gün yetişdi. Cənab Prezident "Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər", deyərək bildirib ki, qoy ermənilər də görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı: "Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!"

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətdi. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirərək, dinc sakinləri qətlə yetirdi. Sərgilənən eksponatlar həm də düşmənin törətdiyi müharibə cinayətlərini özündə əks etdirir. Həmin qənimətlər arasında düşmənin dinc əhalimizin yaşadığı əraziləri və gecə saatlarında yaşayış binalarını hədəfə alaraq ölkəmizə atdığı "İsgəndər-M" raketlərinin qalıqları var. "İsgəndər M" raketinin qalıqlarına baxan Prezident İlham Əliyev "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular", - deyərək bunun Ermənistanın hərbi cinayətinin sübutu olduğunu bildirib: "Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İsgəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər".

"BİZ DÜNYADA HEÇ VAXT OLMAYAN QƏLƏBƏNİ QAZANMIŞIQ"

Düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, onların hərbi resursları darmadağın edildi. Hərbi Qənimətlər Parkı Azərbaycanın əldə etdiyi tarixi Zəfərdə düşmənin məğlubluğunun nümayişi baxımından böyük əhəmiyyət malikdir. Azərbaycan tarixi qələbəni əldə etdi. Özü də 44 gün ərzində. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir: "Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq".

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri