Icma.az
close
up
RU
Dambrauskas: “Bundan yaxşı nə ola bilər?”

Dambrauskas: “Bundan yaxşı nə ola bilər?”

Icma.az, Apasport saytına istinadən bildirir.

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda doğma meydanda “Slaviya”nı (Praqa) 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunla bağlı fikirlərini bildirib:

“Matçın əvvəlində yaxşı pressinq tətbiq etdik. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20 dəqiqədə topa sahibolma göstəricimiz 60 faiz idi. Bu da rəqibi düzgün analiz etməyimizin nəticəsi idi. Futbolçularımızın oyunboyu diqqətlərini qoruyub saxlamalarını istəyirdik. Çünki “Slaviya” kimi rəqiblər fiziki cəhətdən yüksək səviyyədədirlər. Hesabda önə keçdikdən sonra yenidən hücuma atıldıq. Müəyyən mənada bəxt də bizim tərəfimizdə idi. Bu, möhtəşəm nəticədir. İlk ev oyununda ilk qələbəmizi qazandıq. Bundan yaxşı nə ola bilər?”

– Bu qələbədən sonra niyə də artıq pley-off mərhələsinə vəsiqə qazanmağa ümid edə biləcəyinizi deməyəsiniz? 
– İstədiyiniz kimi deyə bilərsiniz (gülür). Hazırda “Qəbələ” ilə səfər matçını və məşqləri düşünürəm. Eyni zamanda, Çempionlar Liqasındakı növbəti oyunumuzu da nəzərə alıram. Azarkeşlərimizə söz verirəm ki, növbəti matçda daha yaxşı çıxış edəcəyik. Bizi Qəbələdə çətin səfər oyunu gözləyir. Bundan sonra isə “Borussiya” ilə qarşılaşacağıq. Mən heç vaxt konkret nəticə vəd etmirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Hazırda mənim üçün ən vacib məsələ sabahkı məşq və “Qəbələ” ilə oyundur. İndi yalnız həmin görüşdə qələbə qazanmaq, yenidən böyük səhnəyə qayıtmaq və uğurlu çıxışımızı davam etdirmək barədə düşünürəm. Başqa heç nə fikirləşmirəm.

– Stiv Solvet və Eyden Makarti müdafiənin mərkəzində çox yaxşı tandem təşkil etdilər. Solveti zədə səbəbindən, yoxsa sarı vərəqəyə görə əvəzlədiniz? 
– Stiv bir aydan çox idi ki, oynamırdı. O, çox ciddi zədə almışdı. Futbolçunun daha tez sağalmasına kömək edən yaxşı işlərinə görə “Sabah”ın tibbi heyətinə təşəkkür edirəm. Sadəcə, bu gün onun fiziki göstəriciləri hələ tələb olunan səviyyədə deyildi. Buna görə də onu əvəzləməli olduq.

– Komandanın Çempionlar Liqasındakı fiziki durumunu necə qiymətləndirirsiniz? Bəzi epizodlarda “Slaviya”nın fiziki cəhətdən sizi üstələdiyi görünürdü... 
– Məsələ təkcə fiziki göstəricilərlə bağlı deyil. Biz matçda qalib gəldik. Burada taktiki qərarlar və digər amillər də rol oynayır. Deyərdim ki, bu gün möhtəşəm oyun nümayiş etdirdik və layiqli qələbə qazandıq.

U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək Azərbaycan millisinin heyəti açıqlandı "Qarabağ" - "Neftçi" matçının biletləri satışda "İmişli" Fərid Namazovla yollarını ayırdı “Arsenal”dan 100 milyonluq transfer həmləsi – Alvares razılıq verir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://apasport.az
archiveBu xəbər 14 Oktyabr 2026 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri