Icma.az
close
up
RU
Dambrauskas TNS ilə oyundan nələr dedi?

Dambrauskas TNS ilə oyundan nələr dedi?

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sabah Çempionlar Liqasında TNS-ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə sualları cavablandırıb:

– Ümid edirəm ki, yeni mövsüm bizim üçün uğurlu olacaq. Qarşımızda böyük bir məsuliyyət var, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəyik. İnanıram ki, çıxışımız uğurlu olacaq. Böyük həyəcanla oyunu gözləyirik. Avstriyada iki həftəlik təlim-məşq toplanışı keçdik. Oyuna hazır olduğumuzu düşünürəm. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların hər zaman bizim yanımızda olmalarını istəyirəm.  Meydanda əlimizdən gələni edəcəyik.

– Avstriyada toplanışı sizi qane etdi?

– Təlim-məşq toplanışında bizim üçün yaxşı şərait yaradılmışdı. Güclü rəqiblərlə qarşılaşdıq. 21 məşqimiz olub. İstərdim ki, məşqlərin sayı daha çox olsun. Oyunçular istədiyimiz formaya yaxındırlar. Yeni gələn futbolçularla bağlantılar qurmaq lazımdır. Təlim-məşq toplanışında bunun üzərində çalışdıq. Çox yaxşı hazırlaşmışıq. Ötən ilin bu vaxtı ilə müqayisə etsək, klub olaraq bir addım öndəyik.

– “Sabah” rəqibin hansı üstünlüklərindən çəkinə bilər?

– İndi detallara varmaq istəməzdim. Bununla bağlı oyunçulara kifayət qədər məlumat vermişəm. TNS çox təcrübəli komandadır. Uzun müddətdir komandada çıxış edən futbolçuları var. Hər oyunda meydana qələbə üçün çıxırlar. Rəqibin hücum xəttində elə oyunçuları var ki, yarım qol fürsətini dəyərləndirə bilirlər. Biz daha çox öz oyunumuzu düşünməliyik. Belə turnirlərdə yüz faizdən daha çoxunu etmək lazımdır.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see651

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see579

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see397

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see271

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see270

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see268

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see267

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see262

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see251

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see250

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see246

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see244

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see241

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see230

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see221

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see210

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see209

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see206

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri