“Hamımız başa düşürük ki, burada siyasi motiv var” Mirzoyan Aİİ nin hesabatı barədə
Icma.az, 525.az saytına istinadən bildirir.
“Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlət qurum çərçivəsində öhdəliklərini pozarsa, ittifaqdan xaric edilə bilər”.
525.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
“Bizim Aİİ-dəki tərəfdaşlarımız deyirlər ki, ittifaqın sənədlərində üzv dövlətlərin başqa bir üzvü xaric edə və ya onun iştirakını dondura bilməsi nəzərdə tutulmasa da, Vyana sənədində buna bənzər müddəa var. Bəli, belə bir müddəa mövcuddur, lakin bunun üçün çox konkret əsaslandırma tələb olunur. Bunun üçün digər tərəfdaşların narazı qaldığı, xaric etmək və ya iştirakını dondurmaq istədikləri üzv öz öhdəliklərini pozmalıdır ki, qalan dörd tərəfdaş ona belə deyə bilsin: “Əziz beşinci dostumuz, sən bizim qaydalarımızı pozursan. Təşəkkür edirik, sağ ol”, - Mirzoyan bildirib.
Nazir vurğulayıb ki, Ermənistan Aİİ çərçivəsində heç bir öhdəliyini pozmayıb və pozmaq niyyətində də deyil:
“Hüquqi baxımdan başa düşürəm ki, ola bilsin, tərəfdaşlarımız hüquqi əsas tapmağa çalışıblar, lakin irəli sürülən əsaslandırmalarla razı deyiləm. Hamımız başa düşürük ki, burada siyasi motiv var və ola bilsin, hüquqşünaslara siyasi qərara haqq qazandırmaq üçün hüquqi əsas tapmaq tapşırılıb. Biz öhdəliklərimizi vicdanla yerinə yetirmişik. Ümid edirik ki, Aİİ üzrə digər tərəfdaşlarımız da ikitərəfli öhdəliklərini vicdanla yerinə yetirəcək və onları pozmayacaqlar. Təəssüf ki, son aylarda bunun əksini göstərən nümunələrin şahidi olmuşuq”, –nazir qeyd edib.
Ararat Mirzoyan təsdiqləyib ki, Ermənistanın dövlətçiliyi, müstəqilliyi və suverenliyi ölkənin qərarlarının və davranışının əsasını təşkil edir:
“Biz digər tərəfdaşlarımızla konstruktiv müzakirələr aparmağa çalışacağıq”.
Qeyd edək ki, 2026-cı il mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri birgə bəyanatla çıxış edərək Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımların Aİİ-yə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün risklər yarada biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Dörd ölkənin liderləri nümayəndələrinə Aİİ haqqında müqavilənin Ermənistan üçün mümkün dayandırılmasının nəticələrinə dair məruzəni 2026-cı ilin dekabrınadək təqdim etməyi tapşırıblar. Onlar, həmçinin Ermənistanda ölkənin Avropa İttifaqına qoşulması, yoxsa Aİİ-nin üzvü olaraq qalması ilə bağlı ümumxalq referendumunun mümkün qədər tez keçirilməsinin vacibliyini bildiriblər.
Pərvanə Sultanova
Baxış sayı:147
Bu xəbər 27 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















