Icma.az
close
up
RU
Danimarkalı mütəxəssis “Sabah”dan danışdı

Danimarkalı mütəxəssis “Sabah”dan danışdı

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Aut atışları üzrə tanınmış mütəxəsssis Tomas Qrönnemark Çempionlar Liqasında Danimarka çempionu “Orxus”la qarşılaşacaq “Sabah” haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “Bold” nəşrinə danışan mütəxəssis “Bayquşlar”la bağlı bunları deyib:

“Sabah” çox gənc klubdur, cəmi səkkiz il əvvəl yaradılıb. Ötən mövsüm inamlı şəkildə çempion oldular və bunu il başa çatmamış rəsmiləşdirdilər. Eyni zamanda, Azərbaycan Kubokunun da qalibi olublar.

Azərbaycan futbolunu kimlərsə aşağı dəyərləndirə bilər, amma unutmaq olmaz ki, “Qarabağ” son illər mütəmadi olaraq avrokuboklarda çıxış edir. Azərbaycan futbolunun səviyyəsi yüksəkdir. “Qarabağ” Çempionlar Liqasında “Benfika”, “Ayntraxt”, “Bodo-Qlimt” kimi kmandaları məğlub edib, “Çelsi” və “Bayer”lə heç-heçə edib”.

Qrönnemark bu ilin yanvarında “Sabah”a məşq keçib. Mütəxəssis “bayquşlar”la üç illik müqavilə imzalayıb. O, komandanın “Orxus”la matçlarından da söz açıb:

“Həqiqətən, maraqlı qarşılaşmalar olacaq. Hər iki komanda liqa mərhələsinə düşmək istəyir. Amma nəzərə alaq ki, ikisi də Konfrans Liqasını təmin edib və bu, onlar üçün çox vacibdir.

“Sabah” bir çox oyun komponenlərində güclüdür. Həm də komanda fiziki cəhətdən qüvvətli, texniki baxımdan sürətlidir. Onların zəif olduqları hansısa məqamı qeyd edə bilməyəcəyəm. Çox yaxşı formalaşmış komandadır”.

“Sabah” ilə “Orxus” arasındakı ilk oyun avqustun 6-da Danimarkada olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri