Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Danimarkanın Baş naziri Mette Frederiksen BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Danimarkanın Baş nazirinin Azərbaycana səfəri başlayıb
11 Noyabr 2024 23:23

