Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Danışan tarix, susdurulan səslər: Fəridə Ləman qələminn işığında Kəmərli həqiqətləri

Danışan tarix, susdurulan səslər: Fəridə Ləman qələminn işığında Kəmərli həqiqətləri

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixinin elə səhifələri var ki, onları nə dərsliklər yazıb, nə rəsmi sənədlər etiraf edib, nə də uzaq arxivlər bizi eşidib. Bu səhifələri yaddaşında daşıyan, torpağın səsində, meşələrin həsrətində, insanların ürək döyüntüsündə gizlənmiş həqiqətlər açır. Məhz belə həqiqətləri gün üzünə çıxaran tədqiqatçılardan biri, bəlkə də ən birincisi Fəridə Ləmandır. Fəridə xanım "Torpağın yaddaşı” kitabı ilə kəndinin taleyi üzərində illərin tozunu silib, susdurulmuş səslərə yenidən nəfəs verib. Onun araşdırmaları təkcə bir kəndin dramı deyil, bütöv bir dövrün siyasi səhlənkarlığını, inzibati haqsızlığını və milli yaddaşımıza sırıdılmış qaranlıq izləri ortaya çıxaran böyük bir sənəd toplusudur. Kəmərli həqiqətlərini danışdıran bu araşdırmalar Azərbaycanın torpaq, kimlik və yaddaş mübarizəsinin hələ 1980-ci illərdə necə dərin şəkildə yaşandığını göstərir.

      Gizli xəritələrin günahı: susdurulan qərarlar, taleyə yazılan itkilər

Fəridə Ləmanın "Torpağın yaddaşı” kitabında topladığı faktlar göstərir ki, Kəmərlinin torpaq itkisi nə təsadüf, nə də texniki düzəliş idi. Bu, xalqdan gizlədilmiş, kabinetlərdə planlaşdırılmış siyasi proseslərin nəticəsi idi. Azərbaycan nümayəndələrinin danışmasına imkan verilməməsi, xəritələrin camaatdan gizlədilməsi, katibin sədr əvəzinə möhür vurması kimi absurd hallar həmin dövrün ədalət anlayışının nə qədər zədələndiyini açıq nümayiş etdirir. Bu epizodların hər biri bir sualı doğruldur: Bu qərarlar kimin maraqlarına xidmət edirdi? Fəridə Ləman bu sualın ardınca gedərək arxivlərdən, yaddaşlardan, köhnə sənədlərdən parçalar toplayır və nəticədə belə bir mənzərə ortaya çıxır: torpaqlarımıza qarşı məqsədli inzibati müdaxilə siyasəti yürüdülmüş, xalq isə prosesdən tam kənarda saxlanmışdır.

             Unudulan üsyan: Kəmərlinin 1984 dirənişi

1988-ci ilin milli azadlıq hərəkatı hələ ortada yox ikən Kəmərli kəndində baş verən 1984-cü il etirazı bu gün çoxlarının ya xatırlamadığı, ya da bilmədiyi bir qəhrəmanlıq nümunəsidir. Fəridə Ləmanın qələmə aldığı şahid ifadələri göstərir ki, kənd camaatı susmayıb, Bakıya və Moskvaya teleqramlar göndərilib, DTK çağırışlarına baxmayaraq kənd soveti sədri geri addım atmayıb, gənclər meşələrin doğranmasına qarşı gecələr növbə çəkib. Bu dirəniş milli oyanışın ilk psixoloji bazalarından biri idi. Və bu gün həmin dirənişi biz Fəridə Ləmanın yorulmaz araşdırması sayəsində bu kitabda görürük. Onun yaddaş daşıyıcıları ilə söhbətləri sadəcə bir kənd hadisəsini deyil, xalqın öz torpağı üçün necə ayağa qalxdığını göstərən ən qiymətli mənbələrdir.

            Bir ovuc torpaq, bir içim su: insan talelərinin qopan sapı

Fəridə xanımın yazılarında elə səhnələr var ki, onları oxuyanda tarixin ağrısı insanın içində qovrulur. Batdaqlı bulağından son dəfə su içmək istəyən qoca, gecə meşədən gizli su gətirən kənd uşaqları, meşənin kəsilməsini görüb kövrələn analara aid xatirələr, qarşı tərəfə keçə bilməyəcəklərini bilə-bilə cibinə bir ovuc torpaq yığan ata-babalar… Bu səhnələr Fəridə Ləmanın qələmi ilə sadəcə təsvir deyil yaddaşın dirildilməsi, millətin ruh etirafıdır. Onun yazdığı kimi: “Bulaqlarımıza, meşələrimizə beləcə həsrət qaldıq.” Bu bir cümlə yalnız kənd faciəsini deyil, bütöv bir xalqın çəkdiyi mənəvi yükləri göstərir.

               Meşələrin talanı və strateji xəttin qırılması

Fəridə Ləman sübut edir ki, meşələrin kəsilməsi təkcə ekoloji fəlakət deyildi. Bu, kəndin tarixən formalaşmış strateji müdafiə xəttinin qırılması idi. Meşə zolaqlarının məqsədli şəkildə məhv edilməsi, bulaqların quruması, kənd evlərinin dərəyə köçürülməsi – hamısı kəndi zəiflətmək üçün atılmış addımlar idi. Bu faktları fotoşəkillər, arxiv xəritələri və şahid ifadələri əsasında üzə çıxaran Fəridə xanım göstərir ki, Kəmərli sadəcə kənd deyildi. Qazağın müdafiə qapısı idi. Həmin qapı bilərəkdən zəiflədilmişdi.

          Arxivlərin qaranlıq küncü: itirilən teleqramlar, susdurulan səs

Kəndin Moskvaya göndərdiyi teleqramların böyük hissəsinin arxivə düşməməsi, bəzilərinin heç açılmadan yoxa çıxması bu faciəyə əlavə bir ağrı qatır. Tədqiqatçı sübut edir ki, xalqın etiraz səsi sistemli şəkildə boğulmuşdur. Bu tapıntı həm də Azərbaycan tarixində hələ də araşdırılmamış məqamların nə qədər çox olduğunu göstərir. 

            Ən acı epizod — torpaq itirilir, məmur qonaqlıq edir

Fəridə Ləmanın ən sarsıdıcı tapıntılarından biri budur: Torpaqlar əldən çıxan gün kənd camaatı çarəsizlik içində çırpınarkən, bir qrup yerli məmur ermənilərlə qonaqlıq masası arxasında əyləşmişdir. Bu fakt təkcə xəyanətin deyil, həm də tarixi yaddaşımızda mühüm yer tutmalı olan bir dərsin ifadəsidir: Torpağı itirən xalq idi, amma qərarı verən kabinetdəkilərin vicdanı yox idi.

            Fəridə Ləmanın susdurulmuş tarixə can verən qələmi

Bu gün Kəmərli haqqında danışırıqsa, bu, bir insanın – Fəridə Ləmanın – illərlə apardığı araşdırmaların, topladığı faktların, vurğuladığı gerçəkliklərin nəticəsidir. O, bu həqiqətləri danışdırıb, yazıb, topluma qaytarıb, tarixin itirilmiş sətirlərini yerinə qoyub. Onun cəsarəti, dəqiqliyi, milli yaddaşa sədaqəti Kəmərli hadisələrini yalnız tarixi fakt kimi deyil, Azərbaycanın torpaq gerçəyinin, milli özünüdərk prosesinin tərkib hissəsi kimi təqdim edir. 

               Kəmərli unudulmamalı başlanğıc nöqtəsidir

Kəmərli təkcə bir kəndin adı deyil. Bu adın içində torpaq itkisi, dirəniş, kimlik mübarizəsi, ədalətsizliyə qarşı səs və ən əsası xalqın öz torpağından qoparılmasına qarşı fəryad yatır. Bu gün bu həqiqətlər aramızdadırsa, onların hər sətirində bir imza var. Fəridə Ləmanın imzası. Onun araşdırması həm tarixi sənəd, həm publisistik etiraf, həm də milli yaddaşa yazılmış bir xəbərdarlıqdır. Unudulan torpaq sabah daha böyük faciə gətirər. Danışan tarixi susdurmaq olmaz.

Son olaraq deyim ki, bəzən bir insanın səsləndirdiyi həqiqət illərin, qərinələrin arxasından gəlir və bizə sanki “Mən buradayam, məni unutmayın” deyir. Tarixi araşdıran, onun qaranlıq qatlarına işıq salan insanların əməyi də elə budur. Unudulanları xatırlatmaq, itirilənləri tapmaq, sükuta qərq olmuş taleləri danışdırmaq…Məhz bu baxımdan Fəridə Ləmanın zəhməti təkcə elmi araşdırma deyil, həm də vicdanın səsinə çevrilmiş bir missiyadır. Onun topladığı faktlar, bir araya gətirdiyi sənədlər, yazıya aldığı insan taleləri sadəcə bir kitabın, bir məqalənin materialı deyil. Bu, bütöv bir millətin yaddaş xəzinəsinə qoyulan qiymətli daşlardır. Çünki tarix böyük dövlətlərin, böyük liderlərin adları ilə yazılsa da, onun ən həssas qatını insan taleləri təşkil edir. Və bu talelərin hər biri bir ömürlük ah-nalə, bir ömürlük həsrət, bir ömürlük iztirab deməkdir. Fəridə xanımın işıqlı zəhməti o iztirabların səssizliyini pozdu. "Torpağın yaddaşı” kitabı ilə biz unudulmuş bir qapını açdıq, həyatı məhv edilmiş, yurdundan didərgin salınmış insanların səsini yenidən eşitdik. Hər bir fakt, hər bir arxiv sənədi, hər bir hadisə sanki bir şəhid ruhu kimi qarşımızda dayandı. Onların məğrurluğu, onların qəhəri, onların sükutu bu günümüzə qarışdı. Bu kitabın hər cümləsində həm də bir insanlıq borcu dayanır. Çünki tarix haqqında yazmaq – daşdan yonulmuş söz deyil, sızıltılardan gələn həqiqətdir. Bu həqiqətlərə toxunanda insanın əli titrəyir, qəlbi sızlayır, dili düyünlənir. Amma məhz belə anlarda sözün qüdrəti ortaya çıxır. Söz bizi həm yaşadır, həm düşündürür, həm də qoruyur. Ən əsası bu kitabdakı bütün məlumatların arxasında Fəridə Ləmanın əməyi dayanır. Onun araşdırmaları bizim üçün bir işıqdır və o işıq illərin üzərinə çəkilən qaranlıq pərdələri qaldırır. Hər tapıntı bir ailənin dərd tarixçəsi, bir kəndin dağıdılma hekayəsi, bir körpənin yarımçıq qalmış gülüşü, bir ananın hönkürtüsü, bir atanın şəhid balasına son dəfə baxa bilməməyinin həsrətidir. 

Biz bu gün bir şəhid ömrünü yad edərkən əslində minlərlə şəhid ömrünə baş əyirik. Onların səsi bu torpaqda külək kimi dolaşır. Onların ruhu yurdunun üstündə bayraq kimi dalğalanır. Biz isə onların ruhuna borcluyuq yazdıqlarımızla, danışdıqlarımızla, yaşatdıqlarımızla və bunları kitablara köçürməyimizlə… Bu borcun yerinə yetirilməsində Fəridə Ləman sözünün də qüdrəti çox böyükdür. Xanım yazıçı-pulisist bu həqiqətləri mətbuatın yaddaşına köçürür, tarixə yazır, gələcək nəsillər üçün bir işıq mənbəyinə çevirir. Əsl qələm sahibi olmaq təkcə yazmaq deyil. Hiss etməkdir. Duymaqdır. Yaddaşın yükünü çiyinlərində daşımaqdır. Fəridə xanımın qələm yolu da məhz bu yoldur: insanın ən kövrək nöqtəsinə toxunan, millətin yaddaşına yön verən, Vətən sevgisini sözün içində ucaldan bir yol… Bu kitab həm də ona görə dəyərlidir ki, içində həm həqiqət var, həm həsrət, həm də şəhid ruhuna ehtiram. Tarixin zülmətindən qopub gələn o səslərə səs olmaq isə ən uca missiyadır.

Fəridə Ləman elə bir dəyərli tarixi məqamlara aydınlıq gətirib ki, onun əsl qiyməti zaman keçdikcə veriləcək. Kəmərli həqiqətləri, illərin altında gizlədilmiş o sükutlu izlər bu gün bu gün xanım yazıçının qələmimi ilə yenidən danışmağa başladı. Bu həqiqətlər elə həqiqətlərdir ki, onları kağıza köçürmək təkcə yazı deyil həm də cəsarətdir. Çünki unutdurulmuş bir taleyə toxunmaq, dağıdılmış bir kəndin itirilən torpaqları arasında yenidən nəfəs tapmaq, tarixdən silinmək isənilən bir yurd yerinin ocağına işıq salmaq hər qələm sahibinin işi deyil. Bu, həm mənəvi güc, həm də millət yaddaşına sədaqət tələb edir. Onu da deyim ki, Fəridə xanım sadəcə faktları bir araya gətirməyib. Bir ömrün qaranlıqdan işığa çıxmasını təmin edib. Kəmərli kəndinin qəmli lövhələri, orada baş verənlər, bir vaxtlar o torpağın üstündə səslənən gülüşlərin qəfil sükuta qərq olması bu kitabda yenidən canlanıb, yenidən tarixlə üz-üzə gəlib. Zaman keçəcək, illər ötəcək, amma bu kitabın işıqlandırdığı məqamlar daha da ucalacaq. Çünki tarix o həqiqətləri gec də olsa öz yerinə qoyur. Fəridə xanımın yazdıqları bu gün üçün deyil, həm də sabah üçündür. O sabah ki, gələcək nəsillər bu faktları oxuyanda yalnız bir nəticə çıxaracaq: “Bizim atalarımız nə əzablar çəkib, nə itkilər verib, amma yenə də sınmayıb, yenə də Vətən deyib, yenə də ayağa qalxıb.” Beləcə də Kəmərli həqiqətləri bir kəndin yox, bütöv bir xalqın yaddaşından qopub gələn haraya çevrilib. Onu yazmaqla Fəridə xanım o harayı tarixə köçürüb. Bunu yazıçının söz qüdrəti, milli yaddaşa olan həssas münasibəti mümkün edbib.

Qalib Rəhimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri