“Danışıqlar mövzusu deyil” İrandan nüvə BƏYANATI
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İranın Kərəc şəhərinin cümə namazının imamı Məhəmməd Mehdi Hüseyni Həmədani ölkənin nüvə texnologiyası və uranın zənginləşdirilməsi məsələsinə dair sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, çıxışında nüvə texnologiyasının İranın milli kimliyinin bir hissəsi olduğunu bildirib.
Hüseyni Həmədani qeyd edib ki, nüvə texnologiyası və uranın zənginləşdirilməsi “ərazi bütövlüyü kimi milli kimliyin ayrılmaz hissəsidir” və bu məsələlər heç bir halda danışıqlar mövzusu ola bilməz.
O, həmçinin İsrailin hər hansı hərəkətinin ABŞ üçün də nəticələr doğura biləcəyini iddia edib.
Cümə imamı əlavə edib ki, region ölkələri İranın milli maraqları və xalqının müdafiəsi məsələsində “səhvə yol verməməli” və Tehran bu məsələdə heç bir kompromisə getməyəcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















