Icma.az
close
up
RU
Danışıqlar prosesinə yeni elementlər daxil oldu Ermənistanda ciddi təşviş yaranıb

Danışıqlar prosesinə yeni elementlər daxil oldu Ermənistanda ciddi təşviş yaranıb

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

"Ermənistan Baş naziri Nikol Paşinyanın ATƏT Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları diqqət predmentidir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi son müsahibə zamanı səsləndirdiyi fikirlər erməni tərəfində ciddi təşviş yaradıb".

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın tələblərini ya Ermənistan rəhbərliyi yerinə yetirməlidir, ya da rəsmi Bakı bu işə nöqtə qoyacaq:

"Erməni əhalisi və rəhbərliyi yaxşı başa düşür ki, İlham Əliyevin tələbləri ciddidir. Sözügedən ölkənin Baş naziri müəyyən bəyanatlar verir, ancaq hələlik hansısa nəticədən söhbət getmir. Real addımlar atılmır. Ümumiyyətlə, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan etməsi, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin məsələyə şərh verməsi, həmçinin Azərbaycanla bağlı da fikir səsləndirməsi Cənubi Qafqazda dinamik proseslərin təzahürüdür. Diqqət edin, Nikol Paşinyan hazırkı Ermənistan Respublikasının sərhədlərini qorumaq istəyir. O, yaxşı başa düşür ki, ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək Mehri rayonu 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Bu, qeyri-legitimdir".

Politoloq bildirib ki, Paşinyanın əsas məqsədi ölkəsini Aİ-yə üzv etməkdir:

"Baş nazir yaxşı anlayır ki, Ararat Respublikası süqut edərkən ərazisi nə qədər idi. Bura, həmçinin SSRİ dağılarkən Ermənistanın ərazisinin nə qədər olduğunu da əlavə etmək olar. Birmənalı şəkildə deyə bilərik ki, Paşinyan Rusiyanın yanında olsa belə, əsas məqsədi Aİ-yə qəbul edilmək olacaq. Ona görə Baş nazir tezliklə Azərbaycanla olan problemi həll etməyə çalışacaq. Onlar üçün Aİ-yə üzv olan zaman ərazisinin neçə kvadrat kilometr olacağı fərq etməyəcək.

Düşünürəm ki, 2025-ci il hər iki ölkə üçün əhəmiyyətli və taleyüklü olacaq. Bu il danışıqlar prosesinə yeni elementlər daxil olacaq, hətta deyərdim, artıq bu baş verib. Qərbi Azərbaycana dayıdış, Zəngəzur dəhlizinin açılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi əsas istiqamətlər olacaq. Bu məsələlər artıq həm yazılı, həm də şifahi şəkildə müzakirə predmentidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 11 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri