Icma.az
close
up
RU
Darçın bədəndəki piyləri əridir

Darçın bədəndəki piyləri əridir

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"The Independent" qəzetində dərc olunmuş bir məqalədə deyilir ki, darçın insanlarda piyin əridilməsi prosesinə xeyli kömək edə bilər.

Cinnamaldehyde və ya Darçın aldehidi bu ədviyyata xüsusi tam və ətir verən yağdır. Əvvəllər aparılmış təcrübələr bu yağın siçanlarda piylənmənin qarşısını aldığını göstərib. Lakin indi Michigan Universitetinin (ABŞ) alimləri bu nəticəyə gəliblər ki, darçın həm də bədənin maddələr mübadiləsinə hərəkət verən termogenezi aktivləşdirir. Maddələr mübadiləsi bədəndəki piyin əridilməsində xüsusi rol oynayır. Buna görə də darçının arıqlamaq üçün effektiv vasitə olduğu düşünülür.

Universitetin aparıcı tədqiqatçısı Jun Wu Darçın aldehidinin xüsusi keyfiyyətləri barədə əvvəllər də məlumatlı idi.

"Biz sadəcə olaraq bu kimyəvi maddənin orqanizmə təsirini öyrənməyə çalışdıq. Biz bilmək istəyirdik ki, siçanlarla təcrübədə əldə edilmiş nəticələr insanlar üzərində təcrübələrdə də təsdiq olunacaqmı?" - alim deyib.

Wu və onun komandası könüllülərdən alınmış piy hüceyrələrinə Darçın aldehidinin təsirini öyrənməyə başlayıblar. Bu təcrübələr zamanı bəlli olub ki, lipid mübadiləsini gücləndirən gen və enzimlər aktivləşib.

Alimlər bundan belə bir nəticəyə gəliblər ki, darçın istehlak edən insanlarda termogenez prosesi aktivləşir və bu da piyin əriməsinə səbəb olur.

İndi alimlər darçının bu təsirinin fəsadları olub-olmadığını öyrənməyə çalışırlar.

Bundan başqa, Wu, hələlik təcrübələrini yalnız laboratoriyada aparıb və indi onu real insan orqanizmində yoxlamağı düşünür.

"Darçın minilliklərdir ki, bizim qidamıza daxil olub, - alim deyib, - Əgər o, üstəlik də piylənmənin qarşısını ala bilərsə, bizə metabolik sağlamlığın möhkəmləndirilməsində çox faydalar verə bilər".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri