Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Daşınan sərnişin sayına görə subsidiyanın verilməsinə zərurət var”

“Daşınan sərnişin sayına görə subsidiyanın verilməsinə zərurət var”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Bakı şəhərində ictimai nəqliyyatın dayanıqlı inkişafı üçün bu sahənin maliyyələşməsində yeni yanaşmaların tətbiq edilməsi çox vacibdir”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında paytaxtımızın böyük özəl daşıyıcı şirkəti olan “Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidov bildirib.

Şirkət rəhbəri qeyd edib ki, “Xaliq Faiqoğlu” fəaliyyətini qanunvericiliyin tələblərinə və müasir keyfiyyət standartlarına uyğun həyata keçirir və müvafiq infrastruktura malikdir: “Son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin reallaşdırdığı tədbirlər ictimai nəqliyyatın inkişafında böyük rol oynayıb. İki il əvvəl ləğv edilən Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq AYNA öz üzərində daim çalışan özəl daşıyıcı şirkətlərin inkişafına dəstək verməkdədir.

F.Seyidov əlavə edib ki, bu sahə əksər ölkələrdə sosial paketin tərkib hissəsi olaraq subsidiyalaşdırılır, bir sıra ölkələrin böyük şəhərlərində isə tariflər bazar prinsipləri ilə formalaşır: “Ölkəmizdə sosial dövlət prinsipləri əsas götürülərək sərnişindaşıma tarifləri dövlət tərəfindən tənzimlənir və təbii ki, müəyyən edilmiş tariflər bizim üçün nəinki mənfəət təmin etmir, investisiya xərclərini ödəməyə də imkan vermir, heç əməliyyat xərclərini belə tam şəkildə ödəmək mümkün deyil. Bu yanaşma təbii olaraq sahənin subsidiyalaşmasının vacibliyini bildirir. Məsələn,  Bakı Metropoliteninə münasibətdə maliyyə kəsirinin maliyyələşdirilməsi formasında dotasiyalar tətbiq edilməkdədir. Avtobusla sərnişindaşıma sahəsində dövlət operatorunun investisiya xərclərinə, qaraj infrastrukturu və əməliyyat xərclərinə də dövlət tərəfindən mütəmadi olaraq maliyyə dəstəyi verilir. Bu fəaliyyəti eyni standartlar səviyyəsində həyata keçirən “Xaliq Faiqoğlu” isə fəaliyyəti dövründə həm investisiya, həm də əməliyyat xərclərinin ödənilməsini cəlb edilmiş kreditlər hesabına həyata keçirmək məcburiyyəti qarşısında qalıb. Onu da vurğulayım ki, “PAŞA Bank” şirkətimizə son 4 il ərzində 50 milyon manat kredit limitləri açıb və bunun hesabına hazırda normal fəaliyyətimizi təmin etmişik, avtobus parkımızı böyük ölçüdə yeniləmiş, müasir çağırışların tələbinə uyğunlaşmışıq. “PAŞA Bank”a indiyədək göstərdikləri anlayışa və daim verdikləri dəstəyə görə xüsusi təşəkkür düşür. Həmçinin rəhbərlik etdiyim “SAFA Holding”ə daxil olan digər şirkətlərin maliyyə imkanlarından böyük ölçüdə “Xaliq Faiqoğlu”nun ayaqda saxlanılmasına yönəltmişik ki, bu da bu gün sektorda mövqeyimizi qorumaq baxımından çox böyük rol oynayıb.

Uzun illər qeyd olunan şəraitdəki faəliyyət “Xaliq Faiqoğlu” şirkətinin maliyyə durumuna ciddi təsir edib. Sizə son beş il ərzində “Xaliq Faiqoğlu” MMC-nin fəaliyyətinin maliyyə nəticələri, yəni zərər barəsində məlumat verə bilərəm. Bu rəqəmlər müstəqil audit nəticəsində müəyyən edilmişdir. Belə ki, 2021-ci ildə xalis zərərimiz 5,259,699 manat, 2022-ci ildə 3,102,704 manat, 2023-cü ildə 3,571,842 manat, 2024-cü ildə 3,894,350 manat olub. 2025-ci ildə də 2024-cü ilin göstəricisindən bir qədər yüksək rəqəmin ortaya çıxacağını proqnozlaşdırırıq. Onu da xüsusi vurğulayım ki, ictimai nəqliyyatla bağlı, xüsusilə avtobus parkının yenilənməsinə münasibətdə sanki bir qeyri-müəyyənlik və ayrı-seçkilik mövcuddur. Belə ki, 2020-ci ildən başlayaraq ətraf mühiti daha az çirkləndirən CNG mühərrikli avtobusların ölkəyə idxalının təşviqinə başlanıldı və həmin nəqliyyat vasitələri gömrük rüsumundan azad edildi. Lakin 01.01.2025-ci il tarixindən güzəşt müddəti başa çatdı. Məntiqlə hazırda elektrik mühərrikli avtobuslar rüsumdan azad edilməli, şəhərimizin avtobus parkının yenilənməsi sürətlənməli idi. Lakin hazırda biz əks münasibəti görürük və elektrikli avtobuslara ƏDV-nin də tətbiq edilməsi maliyyə yükümüzü artırmaqla vəziyyətimizi daha da ağırlaşdırır. Onu da qeyd edim ki dövlət rəsmiləri tərəfindən Bakı şəhərində ictimai nəqliyyatda istismar edilən avtobusların 2030-cu ilədək elektrik avtobusları ilə yenilənməsinə dair dəfələrlə açıqlamalar verilib. Belə olan halda avtobusların idxal zamanı vergiyə cəlb edilməsi anlaşılan deyil.

“Xaliq Faiqoğlu”nun rəhbəri qeyd edib ki, müasir çağırışlara adekvat çevik reaksiya göstərərək elektrik mühərrikli avtobuslar alıb istismarında olan marşrut xətlərinə buraxaraq şəhərin “yaşıl” imicinə önəmli töhfə verən şirkət bu avtobusların elektrik təchizatını “Baku Bus”dan 2 dəfədən artıq tariflə həyata keçirməkdədir: “Yəni biz bütün müasir çağırışlara vaxtında qoşularaq bu yeniliklərlə ayaqlaşmağa çalışırıq. Bunu edərkən isə heç bir güzəşt almamaqla yanaşı, daha yüksək vergilər və tariflərlə qarşılaşırıq. Bütün bu ciddi məhdudiyyətlərə baxmayaraq, “Xaliq Faiqoğlu” şirkəti fəaliyyəti dövründə nümunəvi özəl şirkət statusunu qazanıb, bu sahədə müasir dövlət çağırışlarına həmişə adekvat reaksiya nümayiş etdirib, sosial məsuliyyətini dövlət tədbirlərində nəqliyyat operatoru kimi iştirakını layiqincə icra edib. Şirkətimiz iri vergi ödəyicisidir və tərəfimizdən son 4 il ərzində 18 milyon manata yaxın vergi dövlət büdcəsinə ödənilib. Yuxarıda qeyd etdiyim kimi “PAŞA Bank” avtobus parkımızın yenilənməsi ilə bağlı həyata keçirdiyimiz layihələrə hər zaman dəstək verib və hazırda da bu dəstəyi davam etdirir. Ümumiyyətlə son illərdə idxal etdiyimiz bütün avtobuslar ən müasir tələblərə cavab verən CNG və elektrik növlü nəqliyyat vasitələridir. Bildirmək istəyirəm ki, 2025-ci il ərzində olan layihəmiz çərçivəsində 114 ədəd ekoloji təmiz avtobusların alışına dair istehsalçı şirkətlə müqavilələr imzalanıb və artıq həmin avtobusların bir hissəsi tam istehsal olub, yaxın zamanda ölkəmizə gətirilməsi istiqamətində işlər görülür. Həmin nəqliyyat vasitələrindən 64 ədədi CNG, 50 ədədi isə elektrik növlüdür. Bir neçə ay əvvəl qeyd etdiyim 50 elektrik mühərrikli avtobusların artıq 5 ədədini test rejimində Bakı şəhərinə gətirərək sərnişinlərimizin ixtiyarına verdik və bunu edən ilk və yeganə özəl daşıyıcı şirkətik. Lakin 1 yanvar 2025-ci il tarixindən elektrik avtobuslarına ƏDV tətbiq edilməsi işimizi çox çətinləşdirib və çıxılmaz vəziyyətə salıb. İstehsalçı ilə müqaviləni imzaladığımız dövrdə həmin avtobuslar vergidən azad idi. İndi isə külli miqdarda əlavə ödənişlə üz-üzəyik və bununla bağlı olaraq da aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlamışıq.

Hazırki vəziyyətdə düşünürəm ki, iki vacib addım şirkətin maliyyə durumunu qismən də olsa sağlamlaşdıra bilər. Qeyd edim ki, 2 ildən artıq müddətdir ki, müntəzəm marşrut xətləri üzrə brutto müqavilələrin bağlanması ideyası ətrafında müzakirələr aparılır və buna hazırlıq gedirdi. Həmin müqavilələrin əsas prinsipi ondan ibarət idi ki, marşrut xətləri üzrə avtobusların qət etdiyi məsafəyə, yəni hər kilometrə görə operatorlara hesablanmış zəruri məbləğdə ödənişlər ediləcəkdi. Həmçinin xidmət göstərən avtobusun keyfiyyət ölçüləri, buraxılış ili, emissiyası və növündən asılı olmayaraq digər AVRO-5, AVRO-6 standartları da nəzərə alınacaqdı ki, bu da bizim və bütün sərnişinlərin mənafeyinə uyğun olmaqla sektorun sağlamlaşdırılması baxımından çox effektli adım olardı. Hazırda həmin ideya ilə bağlı hər hansı addım atılmadığını görürük, lakin müzakirələr davam edir. Düşünürəm ki, hazırkı vəziyyətdə şirkətin sərnişindaşıma fəaliyyəti nəticəsində və bizdən asılı olmayan yuxarıda qeyd edilən səbəblər nəticəsində yaranmış kreditor borclarının müəyyən qisminin, heç olmasa yarısının dövlət tərəfindən subsidiyalaşdırılması bizim üçün məqbul çıxış yollarından biri olardı. Bu sahədə dayanıqlı maliyyə modeli qurulanadək şirkət fəaliyyətinin davam etdirilməsi üçün subsidiyanın ayrılması çevik (aylıq nəticələrə uyğun) subsidiyalaşma mexanizminin tətbiqi) müstəqil auditin keçirilməsi əsasında maliyyə kəsirinin subsidiyalaşdırılması və ya daşınan sərnişin sayına müvafiq xərclərin bir qisminin subsidiyalaşdırılması əsasında reallaşdırıla bilər. Müxtəlif maliyyə institutları ilə birgə apardığımız araşdırmaya görə hər bir daşınan sərnişinə görə zəruri subsidiya məbləği olmalıdır. Fikrimi ümumiləşdirərək deyə bilərəm ki, şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün yuxarıda irəli sürdüyüm təkliflər: məsafəyə və ya sərnişin sayına uyğun ödəniş mexanizminin tətbiqi mümkündür və bir çox ölkələrdə, eləcə də qardaş ölkə Türkiyədə bu metodlar uğurla tətbiq edilməkdədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri