Icma.az
close
up
RU
Daşınmaz əmlak niyə bahalaşır?

Daşınmaz əmlak niyə bahalaşır?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Daşınmaz əmlak bazarında mövsüm təsirləri hər zaman nəzərə çarpır. Bəs payız-qış aylarında əmlak bazarında yaranan durğunluğa səbəb nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, adətən payız və qış aylarında iqtisadi fəaliyyət, o cümlədən əmlak alqı-satqısı və sənədləşdirmə prosesi, yəni ailə büdcəsinə təsir edən bir çox fəaliyyətlər o qədər də aktiv həyata keçirilmir:

"Havaların soyuması insanların fəaliyyətinə də təsir göstərir, payız və qış aylarında müəyyən passivlik meylləri yaranır. Bu da daşınmaz əmlak bazarına təsir göstərərək adətən həmin dövrdə alqı-satqı və sənədləşdirmə proseslərində azalma yaradır. Tarixən həm rieltorlar, həm də qiymətləndiricilər arasında belə fikir formalaşıb ki, qış aylarında bazarda müəyyən durğunluq hökm sürür, nəticədə əmlaka olan tələbat azalır və qiymətlərdə azalma müşahidə olunur".

Ekspertin sözlərinə görə, hazırda vəziyyət bir qədər fərqlidir:

"Daşınmaz əmlak bazarı, xüsusilə Bakı və Abşeron yarımadasında, investisiya baxımından digər sahələri qabaqlayıb. Vətəndaşlar və sahibkarlar kapital yığımında qızıl, kriptovalyuta və digər istiqamətlərdən daha çox əmlaka üstünlük verirlər. Bu da əmlak bazarında mövsümi xarakterin, demək olar ki, aradan qalxmasına səbəb olub. Ümumi artım tendensiyası qalır və bu, makroiqtisadi göstəricilərdən, pulun alıcılıq qabiliyyətindən, enerji daşıyıcılarının qiymət artımı ehtimalından və ümumi iqtisadi inkişafdan asılıdır. Yəni payız-qış ayları olsa belə, daşınmaz əmlak qiymətlərində ucuzlaşma müşahidə olunmur".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri