Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib FOTO
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Daşkəsən rayonunun 95 illiyinə həsr olunmuş növbəti Aqrar Biznes Festivalı Xoşbulaq kəndində təşkil edilib.
Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən festivalda rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, ADDA-nın rektoru Zəfər Qurbanov, institut rəhbərləri, fermerlər, sahibkarlar, şəhid ailələri, qazilər və yerli sakinlər iştirak ediblər.
Festival çərçivəsində kənd təsərrüfatı texnikası, yerli məhsullar, əl işləri və sənətkarlıq nümunələri nümayiş olunub. “Daşkəsən–95” mövzusunda rəsm və foto sərgisi, milli mətbəx nümunələri, uşaqlar üçün əyləncə proqramları da maraqla qarşılanıb.
Orxan Abbasov çıxışında Daşkəsənin aqrar potensialına toxunaraq bu cür tədbirlərin kənd təsərrüfatının inkişafına töhfə verdiyini bildirib. Anar Cəfərov isə festivalların məqsədinin aqroturizmi inkişaf etdirmək, yerli məhsullara marağı artırmaq və ixrac imkanlarını genişləndirmək olduğunu vurğulayıb.
Festival “Ən yaxşı stend” müsabiqəsi, konsert və möhtəşəm atəşfəşanlıqla başa çatıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 İyul 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















