Icma.az
close
up
RU
İmişlidə Aqrar Biznes Festivalı keçirilib

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin ilk Aqrar Biznes Festivalı İmişli rayonunda keçirilib.

Bu barədə “Repor”a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər. Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivallarının kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların fermerlərə çatdırılması, eləcə də fermerlər və təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmləri barədə danışıb. O, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.

Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kreditlərin verilməsi ilə bağlı məsləhət və tövsiyələr verib.

Bandan başqa, tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel müzakirələr zamanı fermerlərə güzəştli kreditlər, kənd təsərrüfatına dövlət dəstəyi və digər maliyyə mexanizmləri barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb, aqrar təyinatlı kredit almaq üçün müraciət edənlərə texniki dəstək göstərilib. Festival çərçivəsində fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, cari ildən Aqrar Biznes Festivalları ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri