Icma.az
close
up
RU
Göygöldə Aqrar Biznes Festivalı keçirilib

Göygöldə Aqrar Biznes Festivalı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycanın zəngin yaylaq mədəniyyətini, milli irsini və kənd təsərrüfatı potensialını tanıtmaq məqsədilə Göygöl rayonunda IV Milli Yaylaq Festivalı təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Göygöl Rayon İcra Hakimiyyətinin, digər dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, özəl sektorun dəstəyi ilə Xan Yurdu yaylağında təşkil olunan festival 3 gün davam edib.

Festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin kənd təsərrüfatı sektorunu, innovativ həlləri və biznes imkanlarını bir araya gətirən Aqrar Biznes Festivalı baş tutub. Aqrar Biznes Festivalında fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, emal müəssisələri, ixracatçılar, innovasiya şirkətləri kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları ilə tanış olublar. Festival iştirakçıları bu kimi tədbirlərin aqrar sahədə yeni işgüzar əlaqələrin qurulması, yerli istehsalçıların məhsullarının daha geniş bazarlara çıxması və aqroturizm potensialının artırılması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, Süni Mayalandırma Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu öz məhsul və xidmətləri ilə təmsil olunub.

Tədbirdə Aqrar Sığorta Fondunun nümayəndələri ölkəmizdə aqrar sığorta mexanimzi barədə təqdimat keçirib, iştirakçıları aqrar sığortanın üstünlükləri, zərərin hesablanması, fermerlərə ödənişlərin verilməsi, aqrar sığorta məhsulları barədə geniş məlumat veriblər. Daha sonra sığorta müqaviləsində nəzərdə tutulmuş risklər üzrə təsərrüfatları zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Qeyd olunub ki, IV Milli Yaylaq Festivalı həm bölgənin turizm potensialına töhfə vermək, həm də kənd təsərrüfatı ənənələrinin, mədəniyyət, milli mətbəx nümunələrinin tanıdılması baxımından mühüm əhəmiyyətə malik tədbirdir. Proqram zənginliyi və iştirakçı sayının çoxluğu baxımından festival dövlət-özəl sektor tərəfdaşlığının uğurlu örnəyi hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see326

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see208

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see187

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see180

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see180

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see168

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see131

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see130

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri