Icma.az
close
up
RU
Azərbaycan Universitetində Ümummilli Liderin 102 ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Universitetində Ümummilli Liderin 102 ci ildönümü ilə bağlı tədbir keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsi ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Universitetin tədris binasında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri, müstəqil Azərbaycanın tərəqqisi yolunda gördüyü işlərə həsr olunmuş məruzə ilə çıxış edib.

Anar İsgəndərov məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin 5 dövrü haqqında məlumat verib və hər dövrün necə xarakterizə olunduğunu yığcam şəkildə diqqətə çatdırıb. Milli Məclisin deputatı qeyd edib ki, birinci dövr Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarında çalışdığı 1944-1969-cu illəri əhatə edir. Ümummilli Lider Heydər Əliyev bu illər ərzində yüzlərlə azərbaycanlı ziyalını sovet dövlətinin repressiya və təqibindən qoruyub. Rəhbərlik etdiyi 1969-1972-ci illərdə Azərbaycan aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevrilib. Bu dövrdə bir qarış torpaq belə Ermənistana verilməyib. Təhsilə böyük əhəmiyyət verib. Hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməklə ölkənin təhsilinə böyük töhfə verib. O, Moskvanın müqavimətini qıraraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə, böyük uzaqgörənliklə Bakıda Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. Bu məktəbin məzunları Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində qəhrəmanlıq tarixi yazıblar. 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifəni icra edən Ulu Öndər Heydər Əliyev sovet dövlətini idarə edən yeganə türk-müsəlmandır. Onun bu vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan sahibsiz qalıb, ermənilərin Qarabağın ələ keçirilməsi məqsədilə hazırladıqları məkrli planın həyata keçirilməsinə başlanılıb.

Anar İsgəndərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ürəyi daim Azərbaycanla döyünüb. Onun təməlini qoyduğu, memarı olduğu müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində 30 illik erməni işğalına son qoyub. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrında Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edib.

Deputat məruzəsində Ümummilli Liderin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm” sözlərini də xatırladıb. Qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasətini özünün siyasi kursu elan edən Prezidentin məqsədyönlü fəaliyyəti və rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qondarma problemin ədalətli həllinə nail olub. İndi Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə qalib xalq kimi dünyada tanınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri