“Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” VİDEO
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Abşeron rayonunda 31 yaşlı Rasif Abdullayevin ölümü ilə nəticələnən hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, o tanımadığı şəxslərlə mübahisə edib və nəticədə qətlə yetirilib.
Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb.
“Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub – biri ürəyindən, digəri isə ciyərindən. Qonşulardan eşitmişik ki, bıçağı bura gətirən də, onu Rasifə verən də Ayxan olub”, – o deyib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Avqust 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















