Icma.az
close
up
RU
Davamlı inkişafın göstəriciləri

Davamlı inkişafın göstəriciləri

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il ÜDM istehsalı 130 milyard manata yaxınlaşıb

2025-ci ildə ölkəmizdə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmaqla ümumi inkişafı təmin edib. Belə ki, ÜDM istehsalının 33 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.

Sənaye istehsalı 63 milyard manatı ötüb

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb. Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatının 4,8 faiz azalmasına baxmayaraq qaz hasilatı isə 0,7 faiz artıb.

Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərinin artmasında sənaye parklarının rolu da xüsusi əhəmiyyət daşıyır. Ötən il sənaye zonalarında 3 milyard manatdan çox məhsul əldə edilib. Sənaye zonaları üzrə məhsul satışı 2024-cü illə müqayisədə təxminən 28 faiz, ixrac isə 20 faizdən çox artıb.

Ümumilikdə, 2015-ci ildən 2025-ci il də daxil olmaqla, sənaye zonalarında 18 milyard manatdan çox məhsul satışı həyata keçirilib, onun 7 milyard manata yaxını ixrac edilib.  Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla, ümumilikdə, dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.

İnvestisiya qoyuluşları 22 milyard manata yaxınlaşıb

Ötən il iqtisadiyyata 21,2 milyard manat məbləğində investisiya yönəldilib. Kapital yatırımlarının 11 milyard manata yaxını və ya 51,7 faizi məhsul  istehsalı  sahələrinə, 7,2 milyard manatı (33,8 faizi) xidmət sahələrinə, 3 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyard manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib. Sərmayələrin 16 milyard manatdan çoxu və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İllik inflyasiya 5,6 faiz olub

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 5,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib. Əhalinin gəlirləri 10 faiz, orta aylıq əmək haqqı 9,2 faiz artıb. Bu dövrdə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 797,4 min nəfər olub ki, onların 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Ötən il əhalinin banklardakı əmanətlərinin artımı isə qeyd edilən müddətdə 15 faiz artaraq depozit portfeli 43 milyard 281,2 milyon manat təşkil edib. Əmanətlərin 54,5 faiz və  yaxud 23 milyard 603,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 14,8 faiz çoxdur. İl ərzində ev təsərrüfatlarının əmanətləri isə 13,7 faiz artaraq 16 milyard 181,8 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin 22 milyard 588,9 milyon manatı qısamüddətli, 20 milyard 692,3 milyon manatı isə uzunmüddətli olub.

177 ölkə ilə xarici ticarətmübadiləsi aparılıb

2025-ci ilin  yanvar-noyabr aylarında Azərbaycan dünyanın 177 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 120-dən çox ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal edilib. Xarici ticarət dövriyyəsi 44,6 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 23,4 milyard dolları və ya 52,5 faizi ixracın, 21,2 milyard dolları və ya 47,5 faizi idxalın payınba düşüb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,1 faizi Rusiya, 9,5 faizi Çin, 3,1 faizi ABŞ, 2,9 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, 2 faizi İsveçrə, hər biri 1,8 faiz olmaqla Avstraliya və Çexiyanın payına düşüb. Digər ölkələrdən Gürcüstan, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Rumıniya, İran, Özbəkistan, Ukrayna, Fransa, Belarus Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır.

Ötən il qeyri neft-qaz məhsullarının ixracı 8,5 faiz artaraq 3,6 milyard dollar təşkil edib. Yeyinti məhsulları üzrə ixrac isə 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. İxracda şəkər məhsullarının həcmi 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2  faiz, pambıq iplik 19,3 faiz, kimya sənayesi məhsulları 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 2 faiz artıb.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri