Icma.az
close
up
RU
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun ittiham aktı da üzə çıxdı Residivistin sonu?

“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun ittiham aktı da üzə çıxdı Residivistin sonu?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Printerdən çıxan “general”, türmə qapısındakı “xüsusi xidmət əməliyyatçısı” və illər sonra peyda olan “David Seliverstov” - komediyanın ən acı yeri isə köhnə bir İttiham Aktındakı sənədlərin, sübutların danışmasıdır.
Bir vaxtlar “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenantı olduğunu iddia edən Kazım Elşən oğlu Abbasovun “karyerasında” növbəti yüksəliş, görünür, printerin keyfiyyəti, müasir texnologiyaların geniş imkanları ilə bağlı olub. Adam əvvəllər saxta vəsiqəni printerdən çıxarıb işə keçirdisə, ələ keçəndən sonra “içəri”də “beynəlxalq hüquq müdafiəçisi” obrazı xəyalına düşüb. Azadlığa çıxandan sonra özünə bir bahalı kostyum, bir cüt ayaqqabı alıb, yəhudi keçmişi uydurub və “Davidin ulduzu” tamaşasının növbəti pərdəsini oynamağa başlayıb. Ədalət naminə demək lazımdır ki, dünya teatr səhnələri belə parlaq aktyorlara həsrətdir!
Ulduzu həbsxana qapısında sönmüş Kazımın hekayəsi
Musavat.com redaksiyasına zərərçəkmişlərdən biri tərəfindən təqdim edilən Xəzər Rayon Prokurorluğunun 110016011 nömrəli cinayət işi üzrə İttiham Aktında yer alan faktlar göstərir ki, hazırda özünü “David Seliverstov” kimi təqdim edən Kazım Elşən oğlu Abbasovun adı illər əvvəl saxta sənəd hazırlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində keçib. Adam adi residivist – təkrar-təkrar cinayət törədən biridir. Hazırda özünü “David Seliverstov” kimliyi altında gizlətməyə çalışan bu şəxsin saxtakarlıq, dələduzluq diapazonu hüquq-mühafizə orqanlarının fəaliyyətinə belə kölgə salacaq həddə çatıb.
“Xüsusi Xidmət əməliyyatçısı” belə ələ keçib
2011-ci ilin fevralında “qəhrəman” Kazım Abbasov həbsdə olan tanışı, “avtokrad” Məmməd Məmmədzadəni vaxtından əvvəl azad etdirəcəyini vəd edərək onun bacısı Şövkət Məmmədzadə ilə birlikdə Bakının Şağan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə gəlir. Növbətçi hissədə xidmət aparan ədliyyə giziri Qabil Ağayevə isə özünü belə təqdim edir: “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsinin baş əməliyyat müvəkkili, baş leytenant”.

Gizir üst-başından cin ürkən, zoğalı rəngli vəsiqə sahibini yenidən başdan-ayağa qədər süzür, beynində belə bir idarənin olub-olmamasını aydınlaşdırmağa çalışarkən Kazım Abbasov vay-şüvən salmağa başlayır. Cibindən rəngli vəsiqə bir daha çıxarır, ani açıb növbətçinin gözünə tutub geri çəkməyi ilə cibinə dürtməsi bir olur və üstəlik, onu hədələyir: “Sən kimsən ki, məni qapıda gözlədirsən? Mənim kabinetimdə mənə cavab verməli olacaqsan, səni işdən qovduraram, poqonlarını sökdürəcəyəm!”
Türmə əməkdaşı xidmət illəri ərzində daha “uğurlu” dələduzları gördüyündən Kazım Abbasovun “xox”undan sonra tələsik müəssisə rəisini yığır, belə bir “hörmətli” zatın qapıda onu gözlədiyini məruzə edir.
Az sonra müəssisənin rəisi, ədliyyə mayoru İlqar Sadıqov Kazım Abbasovu qəbul edir və ondan vəsiqəni tələb edir. Vəsiqəyə, bir də onu təqdim edən Kazım Abbasova baxır, göstəriş verir ki, onu yan otağa aparsınlar. Həmin anda Kazım Abbasov teatrında final başlayır. Türmə rəisi vəsiqəni saf-çürük edir, respublikada “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” adlı dövlət qurumu olmadığını bir daha aydınlaşdır. Bundan sonra “baş əməliyyat müvəkkili” Kazım Abbasovun əməliyyat karyerası gözlənilmədən başa çatır. Az sonra türməyə gələn Xəzər Rayon Polis İdarəsi əməkdaşları Kazım Abbasovu əlləri arxasında qandallı vəziyyətdə, başı aşağı özləri ilə aparıb istintaqa təhvil verirlər. Bu əməllərinə görə 2,5 il azadlıqdan məhrum olunur.
İstintaq qrupunun rəhbəri, müstəntiq Ayxan Kazımov tərəfindən təyin edilən kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri (№ 3782, № 3625/3674) Kazım Abbasovun ibtidai saxtakarlıq üsullarını tam çılpaqlığı ilə ortaya qoyub.
İttiham aktında oxuyuruq: Kazım Abbasovun təqdim etdiyi “vəsiqədəki “Azərbaycan Respublikası Xüsusi Xidmət İdarəsi” möhürü, mətn və rəqəmlər kompüterin qrafik proqramında yığılaraq skaner vasitəsilə fotokağız üzərinə axınlı printerlə çap edilib. Vəsiqənin “İdarə Rəisi K.V.Əliyev” qrafasındakı imzanın K.V.Əliyev tərəfindən deyil, birbaşa Kazım Abbasovun özü tərəfindən çəkildiyi xətşünaslıq ekspertizası ilə sübut olunub. Vəsiqənin üzərinə ayrı mətbəə üsulu ilə hazırlanmış saxta holoqram yapışdırılıb”.
Türmə qapısında 26.03.1988-ci il təvəllüdlü Kazım Elşən oğlu Abbasovun göstərdiyi “Xüsusi Xidmət İdarəsi əməkdaşı teatrı” onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cü - özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 320.1-ci - saxta sənəd hazırlama, 320.2-ci - saxta sənəddən istifadə maddələri ilə ittiham olunub cəzaya çatdırılmasıyla nəticələnib. İstintaq zamanı məlum olub ki, bu, Kazım Abbasovun – indiki “David Seliverstov”un ilk “vəsiqə macərası” da deyilmiş!

Kazım Abbasov əvvəllər, yəni 13.11.2010-cu ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 – ci - dələduzluq və 320.1 – saxtakarlıq maddələri ilə məhkum olunub. İstintaq zamanı Kazım Abbasov əməllərini gizlətmək üçün gülünc iddialar irəli sürüb. Yəni bu gün “David Seliverstov”cildində etdiklərini o zaman daha primitiv formada, daha kiçik miqyasda edib.
İstintaqa ifadəsində vəsiqəni 28 May küçəsindəki “Lider” kafesində tanış olduğu “Ramil” adlı şəxsdən “Zorge parkı”nda 200 manata aldığını, guya məqsədinin hərbi-xüsusi orqan saxtakarı olan Ramilin cinayətini polislərə ifşa etmək olduğunu iddia edib. Məlum olub ki, Kazım Abbasov bu hadisədən cəmi bir neçə ay əvvəl - 13 noyabr 2010-cu ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən eyni tərkibli cinayətə - CM 178 - dələduzluq və CM 320.1 – saxtakarlıq - “Azərbaycan Respublikası Xüsusi İdarəsi” vəsiqəsi hazırlamağa görə məhkum edilibmiş!
Yəni şəxs islah olunmaq əvəzinə azadlığa çıxan kimi vəsiqədəki ada sadəcə “Xidmət” sözünü əlavə edərək təkrar eyni saxtakarlıq sxemini dövriyyəyə buraxıb. Kazım Abbasovdan “David Seliverstov”a uzanan dələduzluq xəttinin evolyusiyası bu gün daha əhatəlidir. Adam ətrafına topladıqlarının gözünə necə kül üfürübsə, ortada bunca fakt-sübut ola-ola onu müdafiə edənlər yenə də tapılır...
Zərərçəkmişlərin redaksiyamıza bildirdiyinə görə, 2011-ci ildə prokurorluq tərəfindən ifşa edilən Kazım Abbasov illər keçdikcə “peşəkarlığını” və hiyləgərliyini artırıb. O, adını və soyadını dəyişərək “David Seliverstov” adı altında peyda olub, özünü imkanlı iş adamı, xarici investisiya fondlarının nümayəndəsi və nüfuzlu şəxs kimi qələmə verməklə yenə də etibarından sui-istifadə edib.
2011-ci ildə cəzaçəkmə müəssisəsində nəzarətçini “poqonunu sökdürməklə” hədələyən, printerdə çap edilmiş saxta xüsusi xidmət vəsiqəsi ilə “generallıq” edən şəxsin bu gün adını dəyişib “David Seliverstov” kimi təqdim olunması, onun köklü dələduzluq psixologiyasından və vərdişlərindən əl çəkmədiyini göstərir.
2011-ci ildə həbsxana qapısında saxta vəsiqə ilə özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edən Kazım Abbasov illər sonra tamam başqa obrazda, “David Seliverstov” adı altında meydana çıxırsa, sual yaranır – bu dəfə məqsəd eyni deyil?
Mövzuya qayıdacağıq...
Yeni Musavat
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see340

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see267

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see267

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see257

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see256

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see249

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see240

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see237

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see229

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see229

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see228

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see222

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see214

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see212

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see211

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see210

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see191

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see189

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri