Icma.az
close
up
RU
Davos mesajı: Dünyanı hüquq deyil, güc idarə edir

Davos mesajı: Dünyanı hüquq deyil, güc idarə edir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Son illərdə qlobal miqyasda baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoydu: beynəlxalq münasibətlər artıq hüququn gücü ilə deyil, gücün hüququ ilə idarə olunur. Onilliklər boyu kağız üzərində mövcud olan beynəlxalq hüquq normaları real siyasətdə təsir mexanizmini itirib. Dünya yeni, daha sərt və daha amansız mərhələyə daxil olub”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  deyib.

Komitə sədri deyib ki, bu reallığı ilk və açıq şəkildə ifadə edən liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir: “O, Davos İqtisadi Forumunda “Euronews” telekanalına müsahibəsində və yüksək səviyyəli görüşlərdə birmənalı şəkildə bəyan etdi: beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur və bu erada artıq hüququn aliliyi deyil, güc hökmranlıq edir.

Bu, sadəcə siyasi müşahidə deyil. Bu, qlobal sistemə qoyulan diaqnozdur. Necə deyərlər beynəlxalq hüququn iflası və illüziyaların sonu… 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamə 30 il ərzində kağız üzərində qaldı. ATƏT, Avropa strukturları, müxtəlif beynəlxalq vasitəçilik mexanizmləri, hamısı fəaliyyətsiz oldu. Dünya “ədalət” adı altında seyrçi mövqedə dayandı.

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi əsas tezis məhz budur:

“Biz beynəlxalq təsisatların dəyişəcəyinə ümid etmədik. Biz özümüz dəyişdik”. 
Bəli, güclü Azərbaycan  öz gücü hesabına pozulmuş beynəlxalq hüququ və ədaləti bərpa etdi. Azərbaycan kiminsə gəlib onun üçün problemi həll edəcəyinə inanmağı dayandırdı. Dövlət gücləndi, siyasi iradə formalaşdı, cəmiyyət vahid mövqedən çıxış etdi və nəticədə ədalət güc balansı daxilində, lakin beynəlxalq hüquq çərçivəsində bərpa olundu.
Bu, XXI əsrin ən mühüm presedentlərindən biridir. 

ABŞ Prezidenti Donald Trampın  da son günlərdə Qrelandiya ilə bağlı işlətidiyi “dünyada hər şeyi güc həll edir” etirafı əslində İlham Əliyevin illərdir dediyi fikrin Qərbdən gələn təsdiqidir. Tramp açıq şəkildə bildirir ki, sülh də, sabitlik də güc vasitəsilə təmin olunur.
Bu etiraf artıq ikili standartların pərdəsini tamamilə açıb ortaya qoydu. Məhz buna görə Prezident Əliyev vurğulayır ki, heç bir ölkə beynəlxalq təsisatlara arxalanaraq öz gələcəyini qura bilməz. Güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu və realist diplomatiya - yeni dünyanın yeganə keçərli  düsturu budur”.

Deputat əlavə edib ki, Prezidentin İlham Əliyevin əsas prinsipi çoxtərəfliliyin fövqündə balans qorumaqla suverenlik strategiyasını həyata keçirmək idi. 
Ümumdünya Ticarət Təşkilatının iflic vəziyyətə düşməsi, proteksionizmin yüksəlişi və çoxtərəfli mexanizmlərin sıradan çıxması fonunda Azərbaycan vaxtında strateji qərar verdi və iqtisadi suverenliyi qurban vermədi.

Eyni zamanda Bakı bir-birinə zidd görünən, amma əslində bir-birini tamamlayan tərəfdaşlıqlar qurdu: Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji əməkdaşlıq, ABŞ ilə strateji tərəfdaşlıq nizamnaməsi üzrə danışıqlara başladı.
Bu, ideoloji deyil,  reallığa əsaslanan praqmatik dövlətçilik modelidir.

Azərbaycan müharibəni qazandı, amma müharibəni sonsuzluğa çevirmədi. Bu, güc sahibi olan liderin ən çətin qərarı idi. Prezident Əliyevin açıq etirafı tarixi məsuliyyətin göstəricisidir: davam etmək mümkün idi, lakin bu, yeni qurbanlar və bitməyən müharibə demək olardı.
Sülhə gedən yol Bakının siyasi iradəsi ilə açıldı. Ermənistanla sülh sazişinin Prezident Trampın iştirakı ilə paraflanması və prosesin rekord sürətlə başa çatması göstərdi ki, real gücə söykənən sülh mümkündür.

Bu gün Azərbaycan və Ermənistan vasitəçisiz, ikitərəfli formatda faktiki sülh şəraitində yaşayır. Blokadalar birtərəfli qaydada aradan qaldırılır, etimad mühiti formalaşır”.
Deputat qeyd edib ki, Bakının yeni geosiyasi hədəfi bölgəni  sülh, sabitlik, rifah,  əməkdaşlıq adasına çevriməkdir:

“Azərbaycanın yürütdüyü siyasət nəticəsində Cənubi Qafqaz Şərqlə Qərb arasında əməkdaşlıq körpüsünə, Avrasiya məkanında sabitlik adasına, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya üçün strateji əlaqə nöqtəsinə çevrilməkdədir.

Bu, yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan siyasi modeldir.
Davosdan verilən mesaj aydındır: Yeni dünyada qalib olmaq üçün ədaləti gözləmək yox, ədaləti təmin edəcək gücə sahib olmaq lazımdır.
Azərbaycan bunu bacardı. Və təsadüf deyil  ki, bu, dövlət ağlının, siyasi iradənin və strateji realizmin nəticəsidir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri