Icma.az
close
up
RU
Dünyanı rəqəmlər idarə edir?

Dünyanı rəqəmlər idarə edir?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bir çoxlarımız rəqəmlərin uğuruna və ya uğursuzluğuna çox ciddi inanırıq. Bəzilərimiz uğurlu və uğursuz dediyimiz rəqəmlərin mənası barədə o qədər dərin biliyə malik olmasaq da, hər hansı bir rəqəmin həyatımızda önəmli yer tutduğuna şübhə etmirik. Bir çox insan uğurlu və uğursuz rəqəmini də təyin edib. İnandığımız və qorxduğumuz bu rəqəmlər barədə nələri bilirik?

Dinlər rəqəmlərin gözü ilə

İncildə yazılır: “O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb, sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan ruhları görsün deyə şeytanın rəqəmi yazıldı– 666. İslamda 99 rəqəmi müqəddəs hesab olunur. Çünki Tanrının ərəb dilində 99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd Tanrının birliyinə işarə edən mələkləri ifadə edir. Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr, və s. kimi özəlliklər var.

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir. İslam inanclarına görə yeraltında günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. İslam inanclarına görə ölünün sarındığı kəfən yeddi ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi minarəsi var. İslam inanclarına görə qiyamət günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir. Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar, mehrabın ətrafında yeddi dəfə dolanarlar. Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var. Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar. Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir. Bu Tanrını əhatə edən 108 mələk deməkdir. Krişnaçıların ibadət zamanı istifadə etdikləri müqəddəs təsbehin 108 muncuğu var.

Xristian dünyasında 13 rəqəmi nəhs rəqəm kimi qəbul edilir. Bu rəqəmin uğursuz hesab edilməsinin səbəbi kimi isə, İsa peyğəmbərə xəyanət edən 13 şagird göstərilir. 13 rəqəminin nəhs hesab edilməsinin daha bir səbəbi də var, xristianlara görə cəhənnəmin 13 mələyi var. Maraqlıdır ki, xristianlar iki fərqli tarixi də uğursuz hesab edirlər. Bu tarixlər 1453 – İstanbulun fəthi, və 571- Məhəmməd peyğəmbərin doğum tarixi. Səbəbi isə hər iki tarixin rəqəmlərini ayrı-ayrılıqda ardıcıl toplayanda nəhs rəqəm hesab edilən 13 əmələ gəlir.

1453 = 1+4+5+3=13.

517 = 5+1+7=13

Şeytanın rəqəmi- 666

Elə rəqəmlər də var ki, elliklə ondan çəkinirik. Bu “şeytan rəqəmi” dediyimiz tip rəqəmlərdir. Üç altının birləşməsinin yaratdığı 666 rəqəmi bir çoxlarının kabusudur. Bu rəqəm bir çox cəmiyyətlərdə “şeytan rəqəmi” kimi tanınır. Bu rəqəm haqqında bir çox inanclar var. Elmdə də 666 rəqəmi əks olunub. Həyatın qaynağı sayılan karbon atomlarının tərkibi belədir: 6 proton, 6 neytron, 6 elektron. Yəni 6-6-6.

İyun ayının 6-sı 2006-cı il, yəni 06.06.06 tarixi. Bu tarix bütün dünyada qorxu ilə qarşılandı. Xristian dünyasında bu tarixdə uşaq dünyaya gətirmək istəməyən qadınlar doğuşu ləngitmək üçün əllərindən gələni edirdilər. Onların inancına görə, bu tarixdə dünyaya gələn uşaq bədbəxt və şeytan ruhlu ola bilər.

Bu inanca dünya şöhrətli siyasətçilər belə inanır. Amerika Birləşmiş Ştatlarının eks prezidentlərindən biri- Ronald Reyqan evinin nömrəsinin 666 olmasından çox narahat idi, ona görə bu nömrənin 668-lə əvəzləndirilməsi üçün müraciət edir və nömrə dəyişdirilir.

9 rəqəmi mütləqiyyət deməkdir

9 rəqəmi isə mütləqiyyətin simvolu kimi xarakterizə edilir. Bir çox inanclarda bu rəqəm ölümü və yenidən doğuluşu ifadə edir. Bunun səbəbi kimi də 9-dan sonra gələn 10 rəqəminin 1 və 0-ın təkrarlanması kimi göstərilir. Hesab edilir ki, 10 yeni nəsə demək deyil, artıq hesablanmış iki rəqəmin birləşməsidir.

Bilirsinizmi, biz anamızın bətnində dəqiq olaraq nə qədər yaşayırıq? Əksəriyyət bunu 9 ay kimi bilir. Amma 9 ayın sonrası da var. Dünyaya normal yollarla gələn hər bir insan anasının bətnində 9 ay, 9 gün, 9 saat yaşayır. Yaşlı nəslin nümayəndələri bu sayın sonuna 9 dəqiqəni də əlavə edirlər. Çox maraqlı saydır, elə deyil?

Türk mifologiyasına görə, dünyanı yaradan Qara Xan, dünyanın tam mərkəzinə 9 budaqlı şam ağacı əkmişdi. Altaylara görə isə, insanın skeletində; baş, bel, diz, topuq, bilək, çiyin, dirsək, ovuc və ayaq biləyi olmaqla 9 adda əlavə var. Yaqutlara görə 9 Göy Tanrısı var. Altay türklərinin qiyaməti təsvir edən bir rəsmlərində dənizin dibində 9 ucluqlu bir qara daş var. Onların inancına görə, qiyamət günü bu daş 9 yerindən ayrılacaq, tünd sarı rəngdə dəmir atlara minmiş 9 döyüşçü ətrafa hücum edəcək. Dədə Qorqud dastanında da Dəli Domrul doğulanda atası 9 buğa yenir.

Dünyanın ən böyük alimlərindən biri Nikola Tesla deyirdi ki, kainatın sirri 3,6,9 rəqəmlərində gizlənir. Bu rəqəmlərin xüsusi energetikası var və kainatda çox şeyin formalaşmasında iştirak edir.Tesla üçün bu, "enerji, tezlik və vibrasiya"dır.

Rəqəmlərin yaratdığı maraqlı təsadüflərdən biri də böyük öndər Atatürkün həyatında ortaya çıxır. Atatürk 1981-ci ildə 19-cu yüzilliyin bitməsinə 19 il qalmış doğulub. 1900-ci ildə 19 yaşında hərbi məktəbə daxil olub. 19 May 1919-cu ildə Samsuna getmişdi və mindiyi gəmidə yalnız 19 sərnişin vardı. 19 il türk millətinin taleyini həll edib. Adı və soyadı- “Mustafa Kamal Atatürk” birləşməsi 19 hərfdir. 10 Noyabr 1938-ci ildə saat 9-da dünyasını dəyişib. 10 noyabr+ saat 9 = yenə 19. Atatürk vəfat edərkən 57 yaşında olub. 57 rəqəmi üç 19-un toplamından əmələ gəlir.

Türklərin müqəddəs rəqəmi - 7

Körpəliyimizdən bu yana nənələrimizdən dinlədiyimiz nağıllarda həmişə bu rəqəm bizə sehirli görünüb. “7 qardaş 1 bacının nağılı”, “7 divin nağılı”, “7 qu quşu əfsanəsi” və s kimi nağılları çox dinləmişik. Həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatımızda bu rəqəm barəsində çox danışılır. Eyni zamanda mifologiyada da bu rəqəmin qutsallığı vurğulanır. Maraqlıdır ki, həftənin də 7 günü var. Göy qurşağı 7 rəngdən barətdir.

Şaman inanclarına görə Tanrı Ülgən insanlara yaxşılıq edən uca bir varlıqdır. Onun qatına gedən yolda yeddi maneə var. Şamanlara görə Tanrı Ülgən yer üzündə ilk olaraq yeddi kişi yaradıb. Onların inanclarına görə tufanın olacağını əvvəldən bildirən dəmir buynuzlu Göy təkə dünyanın ətrafını yeddi dəfə gəzmişdi. Sonra yeddi gün zəlzələ olmuş, yeddi gün dağlar atəş püskürmüşdü, yeddi gün yağış yağmış, yeddi gün fırtına olmuş dolu düşmüş, yeddi gün də qar yağmışdı.

Yeniçərilərdə yeddi qapı var. Adət qapısı, Ət qapısı, Ağa bölüyü qapısı, Solaxaylar qapısı, Meydan qapısı, Çayır qapısı, Qara kənd qapısı. İstanbulda Topqapı Sarayının yeddi böyük qapısı var. Müqəddəs Novruz bayramımızda gözəl adətlərimiz var. Bu adətlərdən biri də bayram axşamı süfrəyə 7 rəngdə boyanmış yumurta qoyulur. Sonuncu çərşənbə günü süfrədə ən az 7 cür nemət olmalıdır.

Dünyadakı sirli 7- lər

Həftə 7 gun, göyqurşağı 7 rəng, dünyanın 7 möcüzəsi, doğmalıq bildirən 7 nəsil, insan 7 çakralı, notların sayı 7, İslam dininə görə kainat 7 mərhələdə yaradıldı, Kəbənin ətrafı 7 dəfə dövr edilir, yəhudilərdə Müqəddəs Şamdan 7 Şamlıdır, qədim yunan adətlərində 7 ağıllı ağsaqqal varmış, yunan mifalogiyasına görə 7 əsas tanrıça varmış, Misirdə günəş tanrıçası Ra 7 ruhludur, Cində müqəddəs 7 element varmış, Fenq-şuidə münasibət forması 7, Afrikalıların Kvanza bayramı 7 simvolludur, üzümüzdə 7 dəlik var- agız, qulaqlar, burun deşikləri, gozlər, yaponlara görə 7 rəqəmi uğurludur, atmosferin 7 qatı var, yerin də 7 qatı olduğu güman olunur. Qədim biliklərdə insanın 7 bədəndən ibarət olduğu qeyd olunur- bu müasir elm tərəfindən də qəbul olunur.

“Kainat rəqəmlərdən ibarətdir” deyən Pifaqordan bu yana bütün insanlar həmişə rəqəmlərin özəlliyinə inanıb. Texnoloji inkişafda yeni dövrün- rəqəmsal eranın başlanğıcı isə daha geniş söhbətin mövzusudur.

Müqəddəs kitablardakı müqəddəs rəqəmlər də bu sıraya daxil edilə bilər. Ümumiyyətlə, insan uğurlu və uğursuz rəqəmlərə həmişə inanır. Gerçək olan yalnız bir şeydir- Tanrı heç bir şeyi təsadüf etməyib. Bütün təsadüflərin tarixçəsi onun zəruriliyini əks etdirir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see178

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see162

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see142

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see130

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see127

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see122

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri