Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Davosdan strateji mesajlar: sülh, sabitlik və tərəfdaşlıq Deputat

Davosdan strateji mesajlar: sülh, sabitlik və tərəfdaşlıq Deputat

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara dair aydın və prinsipial yanaşmanı ortaya qoyur. Qlobal güc balansının sürətlə dəyişdiyi, beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğu mürəkkəb mərhələdə dövlətlərin taleyini müəyyən edən əsas amil artıq yalnız normativ mexanizmlər deyil, real siyasi və iqtisadi potensial olduğu bir daha təsdiqlənir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgəriv deyib. 

"Dövlətimizin başçısı sözügedən müsahibədə bildirib ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Belə şəraitdə əsas strateji xətt milli maraqlara söykənərək konkret nəticələr əldə etmək, eyni zamanda hüququn prinsiplərinə sadiq qalmaqdan ibarətdir. Son illərdə həyata keçirilən bütün addımlar – istər siyasi sabitliyin möhkəmləndirilməsi, istər suverenliyin və ərazi bütövlüyünün tam bərpası məhz beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə uyğun şəkildə reallaşdırılıb.

Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq münasibətlər artıq yeni eraya daxil olur. Bu mərhələdə prosesləri bəzən qanunun aliliyindən daha çox güc amili tənzimləyir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr və ikili standartlar bunu açıq şəkildə nümayiş etdirir. Belə bir mühitdə hər bir dövlət öz strategiyasını mövcud imkanlarına uyğun qurmalı, ilk növbədə yaxın coğrafiyada, daha sonra isə qlobal miqyasda etibarlı tərəfdaşlıq mühiti formalaşdırmalıdır. Məhz həmin praqmatik yanaşma nəticəsində ölkə həm regionda sabitliyin təşəbbüskarına, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaşa çevrilib. Mütərəqqi diplomatiya müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa və çoxşaxəli xarici siyasət yürütməyə şərait yaradıb.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın dövlətimizin başçısına təqdim olunması da həyata keçirilən siyasətə beynəlxalq səviyyədə verilən yüksək dəyər kimi qiymətləndirilir. Bu mükafat uzun illər davam edən münaqişə və qarşıdurmalardan sonra Qafqazda sülhün bərqərar olması istiqamətində göstərilən səylərin təsdiqi hesab olunur.

Bu gün region yeni mərhələyə qədəm qoyur. Münaqişə və gərginlik mühitindən çıxaraq sülh şəraitinə uyğunlaşmaq cəmiyyət üçün həm mənəvi, həm də sosial-iqtisadi baxımdan mühüm dönüş nöqtəsidir. Ermənistanla münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, enerji daşıyıcılarının təchizatı kimi addımlar qarşılıqlı etimadı artıran real mexanizmlərdir. Həmin proseslər göstərir ki, sülh yalnız siyasi bəyanat deyil, praktik addımların məntiqi nəticəsidir.

Müsahibədə Prezident İlham Əliyev vurğulayıb ki, ölkə daxilində potensial risklər mövcud deyil. İctimai-siyasi sabitlik tam təmin olunub, mövcud çağırışlar əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu səbəbdən yaxın coğrafiyada sabitliyin qorunması milli təhlükəsizliyin əsas şərtlərindən biri kimi dəyərləndirilir. Regionda proqnozlaşdırıla bilən mühit, qarşıdurmaların azalması və əməkdaşlığın genişlənməsi həm iqtisadi inkişaf, həm də sosial rifah üçün həlledici amildir. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusilə böyükdür və bu reallıq dövlət siyasətinin mərkəzində dayanır.

Müsahibənin mühüm istiqamətlərindən biri də enerji siyasəti olub. Cənubi Qafqazda neft və qaz ehtiyatlarını beynəlxalq bazarlara ixrac edən əsas aktor kimi ölkə qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii qazın artıq 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə çatdırılması bunu açıq şəkildə təsdiqləyir. Müasir boru kəmərləri sistemi, zəngin resurs bazası və geniş nəqliyyat infrastrukturu etibarlı təchizatçı imicini daha da gücləndirir. Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyini artırırsa, ixracatçı tərəf üçün də sabit və premium bazarlara çıxış imkanı yaradır. Enerji diplomatiyası, beləliklə iqtisadi dividendlərlə yanaşı, siyasi etimadın möhkəmlənməsinə də xidmət edir.

Dövlətimizin başçısı Avropa Parlamentinin uzunmüddətli və əsassız tənqidlərinə münasibətini də ifadə edib. Qərəzli qərarlara artıq reaksiya vermək məqsədəuyğun hesab edilmir. Bu mövqe bəzi lobbi qruplarının təsiri ilə formalaşan ədalətsiz yanaşmaların konstruktiv əməkdaşlığa xidmət etmədiyini göstərir. Qarşılıqlı hörmət və real maraqlara əsaslanan tərəfdaşlarla işbirliyinə üstünlük verilir. Xüsusilə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi məhz praqmatik siyasətin nümunəsidir.

Davosdan səslənən mesajlar bir daha nümayiş etdirdi ki, müasir dövrdə uğurun açarı emosional reaksiyalarda deyil, hesablanmış, milli maraqlara söykənən və uzunmüddətli strateji düşüncədədir. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyası paralel şəkildə həyata keçirildikdə dövlət həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır.

Formalaşan yeni mərhələ göstərir ki, dayanıqlı sabitlik və əməkdaşlıq modeli yalnız region üçün deyil, daha geniş coğrafiya üçün də nümunə kimi çıxış edir. Bu yanaşma gələcək illərdə də siyasi kursun əsas istiqaməti olaraq qalacaqdır". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri