“Daxili işləridi, özləri həll etsin” tarixə qovuşmuş fanklub “Şamaxı” haqda
“Şamaxı” ətrafında müəmmalı durum yaranıb, klubla bağlı fərqli söhbətlər dolaşır.
“Şirlər” əvvəlcə gözlənilmədən İlkin Muradovla yolları ayırdı. Daha sonra Adil Nağıyev və Georgi Kantariya ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verildi. Ümumiyyətlə, “Şamaxı”nın düşərgəsində nələr yaşanır? Niyə orda ara qarışıb? Bu sualları fəaliyyətini dayandırmış “Sektor 56” azarkeş qrupunun rəhbərlərindən Loğman Məlikliyə ünvanladıq:
“Tam səmimi deyim ki, “Şamaxı”nın oyunlarını izləmirəm. Düşərgədə başverənlərdən də məlumatım yoxdu. Tətildəydim, dünən Şamaxıya qayıtmışam. Hakim səhvlərinə görə Azərbaycan futboluna baxmıram. Mənə çox mənasız gəlir. Daxili işləridi, özləri həll etsin. Allah işlərini də avand eləsin. Bizim onlarla yaxından-uzaqdan münasibətimiz yoxdu. Fanklub olaraq da fəaliyyətimizi dayandırmışıq”.
ƏSƏD SEYİDOV