Icma.az
close
up
RU
Daxili parçalanma və regional təhlükəsizlik riskləri

Daxili parçalanma və regional təhlükəsizlik riskləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginlik artır

Hakimiyyət və müxalifət arasında münasibətlər kəskin ideoloji və iqtisadi qarşıdurma müstəvisinə keçib. Baş nazir Nikol Paşinyanın “Demokratik Ermənistan” və “Regionda sülh” platformasına alternativ olaraq, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku və digər müxalif qüvvələr “İqtisadi təhlükəsizlik və Rusiya ilə strateji ittifaq” modelini təklif edirlər. Bu rəqabət, sadəcə, hakimiyyət uğrunda mübarizə deyil, ölkənin gələcək onilliklər üçün xarici siyasət kursunun müəyyənləşdirilməsi prosesidir.

Karapetyanın rəhbərlik etdiyi müxalifət cinahı Paşinyan administrasiyasını ölkəni “iqtisadi intihara” sürükləməkdə ittiham edir. Onlar iddia edirlər ki, Rusiya ilə münasibətlərin soyuması Ermənistanı ucuz enerji resurslarından məhrum edəcək, kənd təsərrüfatı ixracını dayandıracaq və yüz minlərlə mövsümi işçinin gəlir mənbəyini itirməsinə səbəb olacaq. Müxalifət liderləri Paşinyanın “Avropa xəyalları”nın reallıqda “soyuq mənzillər və boş soyuducular” vəd etdiyini bildirərək, sosial narazılığı siyasi dəstəyə çevirməyə çalışırlar.

İqtisadi göstəricilər Ermənistanın Rusiyadan kritik asılılığının davam etdiyini təsdiqləyir: ölkənin xarici ticarət dövriyyəsinin təxminən 35 faizi, qaz idxalının isə 80 faizdən çoxu məhz Rusiyanın payına düşür. Karapetyan bu rəqəmlərə istinad edərək Paşinyanın Qərbə yönəlmə cəhdlərini “iqtisadi sarsıntıya yol açan avantüra” kimi qiymətləndirir: “Dost Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq nəyə lazımdır? Onun varlığı Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına heç vaxt mane olmayıb”.

Karapetyanın qənaətinə görə, uğurlu siyasət üçün “siyasi çeviklik və sağlam düşüncə” kifayətdir. O, baş naziri həmvətənlərinin rifahına biganə qalmaqda və insanları uydurma müharibə təhdidləri ilə qorxudaraq hakimiyyəti əldə saxlamağa çalışmaqda günahlandırır: “Biz bu kiçik qrupu kənarlaşdıracaq və regionun bütün ölkələri, eləcə də qlobal güc mərkəzləri ilə balanslı dostluq münasibətləri quracağıq. Gürcüstan və Ukrayna nümunələri göz önündədir. Bizə yeni müharibələr lazım deyil. Paşinyana səs vermək yoxsulluq, düşmənçilik və iqtisadi çöküşə səs verməkdir. Biz isə güclü iqtisadiyyat, birlik və uzunmüddətli sülh vəd edirik”.

Nikol Paşinyan administrasiyası isə yaxınlaşan seçki marafonunda əks-hücum strategiyasının mərkəzinə müxalifəti “keçmişin qalıqları” və “müharibə partiyası” kimi etiketləmək taktikası qoyub. Baş nazir Robert Koçaryan, Serj Sarkisyan və Samvel Karapetyan kimi fiqurları vahid “revanşist blok” olaraq təqdim edir. Onun əsas arqumenti ondan ibarətdir ki, bu qüvvələrin hakimiyyətə qayıdışı Azərbaycanla davam edən sülh prosesini sabotaj edəcək və Ermənistanı yeni, daha dağıdıcı hərbi fəlakətə sürükləyəcəkdir. Seçicilərə “Real Ermənistan” konsepsiyasını təklif edən Paşinyan keçmiş rəhbərləri 30 il boyu xalqı “status-kvo” və “miatsum” illüziyaları ilə aldatmaqda, real dövlətçilik imkanlarını qurban verməkdə günahlandırır. Bu arqument Paşinyanın kampaniya nitqlərinin leytmotivinə çevrilib və seçicilərə “sülh və təhlükəsizlik” motivi ilə müraciət kimi təqdim edilir.

Hadisələrin bu fonunda hər iki tərrəfin çatışmayan tərəfləri də var. Müxalifət düşərgəsindəki dərin daxili bölünmələr bu siyasi mənzərəni daha da mürəkkəbləşdirir. Onun vahid cəbhədən və tək namizədlə çıxış edə bilməməsi, cəmiyyətin tərəddüd edən hissəsində etimadsızlıq yaradır. Bu dağınıqlıq Paşinyan administrasiyası üçün həm siyasi manevr imkanı, həm də “alternativsizlik” imici yaratmaq üçün sığorta funksiyasını yerinə yetirir.

Nikol Paşinyanın komandası isə iqtisadi diversifikasiyanın yeganə yolunu Avropa İttifaqı və ABŞ-dan gələn maliyyə yardımlarında, habelə Qərb bazarlarına çıxış vədlərində görür ki, bu da seçki öncəsi müəyyən narahatlıqlar yaradır. Çünki Qərb investisiyalarının gözlənilən sürətlə daxil olmaması və Avropa bazarının Ermənistanın kənd təsərrüfatı məhsulları üçün hələ də əlçatanlığının zəifliyi Paşinyanın zəif nöqtəsinə çevrilir. Bu iqtisadi boşluq beynəlxalq güclərin ölkəyə təsir imkanlarını artıraraq seçkilərin geosiyasi xarakterini kəskinləşdirir. Rusiyaya öz hərbi bazası və enerji rıçaqları vasitəsilə Paşinyanın “Qərbə qaçış” cəhdini önləməyə, Cənubi Qafqazda zəifləmiş mövqelərini bərpa etməyə imkan verir. Qarşı tərəfdə isə ABŞ və Aİ Ermənistanı demokratik islahatlara görə dəstəkləyir, ona “Sülh kəsişməsi” kimi regional layihələr və hərbi-təhlükəsizlik sahəsində alternativ platformalar təklif edir. Amma hələlik təklifdən o yana keçmir.

Bunlar daxili qeyri-sabitlik isə regional təhlükəsizlik üçün ikiqat risk daşıyır. Birincisi, müxalifətin hakimiyyəti ələ keçirmək naminə istifadə etdiyi populist və aqressiv ritorika Ermənistan cəmiyyətində yanlış ehtimallar yaradır. “İtirilmiş mövqelərin bərpası” kimi qeyri-real vədlər sülhə qarşı radikal müqaviməti stimullaşdırır ki, bu da rəsmi İrəvanın sülh müqaviləsi üzrə danışıqlarda manevr imkanlarını daraldır və prosesi illərlə ləngidə bilər. İkincisi, idarəolunmaz siyasi gərginlik fonunda hakimiyyətin və ya revanşist qüvvələrin diqqəti daxili problemlərdən yayındırmaq, yaxud rəqibini zəif göstərmək üçün sərhədyanı təxribatlara əl atma ehtimalını artırır.

Azərbaycan üçün bu şəraitdə əsas hədəf beynəlxalq hüquq çərçivəsində əldə olunmuş razılaşmaların, xüsusilə delimitasiya prosesinin və regional kommunikasiyaların (Zəngəzur dəhlizi daxil olmaqla) açılması layihələrinin geridönməzliyini təmin etməkdir. Ermənistandakı böhran fonunda Azərbaycan həm hərbi hazırığını ən yüksək səviyyədə saxlamalı, həm də beynəlxalq müstəvidə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri xatırladan preventiv diplomatiya yürütməlidir. Bu, təkcə milli təhlükəsizliyin deyil, həm də Cənubi Qafqazın transmilli nəqliyyat və enerji xəritəsinin sabitliyinin təminatıdır.

Mövzu ilə bağlı politoloq İlqar Hüseynli XQ-yə bildirdi ki, Ermənistanda 7 iyun parlament seçkilərinə doğru gedən proses, sadəcə, daxili siyasi rəqabət deyil, Cənubi Qafqazın növbəti onilliklərdəki təhlükəsizlik arxitekturasını müəyyən edəcək mərhələdir: “Bakı üçün prioritet məsələ Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, əldə olunmuş razılaşmaların və regional kommunikasiyaların açılması layihələrinin geridönməzliyini təmin etməkdir. Ermənistan cəmiyyəti anlamalıdır ki, onların seçimi yalnız siyasi lider seçimi deyil, həm də iqtisadi təcrid ilə regional inteqrasiya arasında bir seçimdir.

Ermənistan cəmiyyətinin qarşıdan gələn seçkilərdə verəcəyi qərar təkcə bu ölkənin iqtisadi rifahını və ya Rusiya–Qərb seçimini deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülhün, yeni kommunikasiya xətlərinin açılmasının və regional sabitliyin gələcək konfiqurasiyasını müəyyən edəcəkdir. Ermənistanın ya regional əməkdaşlığa inteqrasiya edərək suveren inkişaf yolunu seçəcəyi, ya da daxili çəkişmələr və xarici güclərin təsir dairəsində qalaraq təcrid olunmuş vəziyyətini davam etdirəcəyi məhz bu siyasi proseslərin nəticəsindən asılı olacaqdır”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri