Icma.az
close
up
RU
Daxili Qoşunlar və xaric notlar

Daxili Qoşunlar və xaric notlar

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Polis, ümumilikdə hüquq-mühafizə və təhlükəsizlik orqanları saat mexanizmi kimi işləyir. Əslində "saat mexanizmi kimi işləyir" ifadəsi bəs etmir. Çünki saat mexanizmi də ara-sıra pozulur; ya irəli qaçır, ya geri qalır, ya dayanır. Hətta tamam xarab olub sıradan çıxır. Ancaq Azərbaycanda hüquq-mühafizə və təhlükəsizlik sistemi daim işləyir.

Təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatları xüsusi təqdim etməyə ehtiyac yoxdur; hər göz önündədir. Cəmiyyət də razılıqla qarşılayır. Daxili İşlər Nazirliyi (DİN) də yeni törədilmiş və əvvəldən bağlı qalmış cinayətlərin açılması haqqında məlumatları hər gün cəmiyyətlə paylaşır. Bu, yaxşıdır. Ancaq hələ də bağlı qalan cinayətlər var, təbii ki.

Polis cəmiyyəti qorumaqla mükəlləfdir, bu, öz yerində. Bir də polis özünü cəmiyyətdəki neqativ hallardan - yanlış ictimai rəydən qorumağa çalışır. Əvvəlki daxili işlər naziri ənənəvi mediada və sosial mediada polis haqqında rəylərə çox diqqətli idi. İndiki nazir əvvəlkindən də həssasdır.

Əslində, dediyim kimi, bu, yaxşıdır; sistemin özünü qorruma refleksi və mexanizmi də olmalıdır. Buna kimin etirazı olacaq ki?!

Ancaq, hüquq-mühafizə orqanlarının ictimai rəylə işləməsinin yeni formaları da var; dünyada, o cümlədən, qardaş Türkiyədə bunun nümunələri yaradılıb. Hüquq-mühafizə orqanları xəbər mediasının ən zəngin informasiya qaynaqları arasındadır. Hətta ön sırada gəlir. Bu, hələ həmin nüanslardan biridir.

Belə şeylər bir az da hər iki tərəfin "mətbəx" məsələsidir deyə çox detal vermək də olmur. Yəqin ki, oxucu anlayışla qarşılayar.

Hüquq-mühafizə orqanlarından söz düşmüşkən, daxili qoşunlara əlavə səlahiyyət (həm də polis funksiyalarının) verilməsi də ölkədə təhlükəsizliyin daha ciddi prioritetə çevrildiyini göstərir. "Daxili qoşunlar haqqında" yeni qanunla bu qoşunlar birbaşa Prezidentə tabe edilir. Sosial mediadakı bəzi şərhlərdə bunu ölkə rəhbərliyinin Daxili İşlər Nazirliyinə etimadsızlığı kimi təqdim edənlər də var. Ancaq, mənim fikrimcə, bu fikir doğru deyil. Daxili Qoşunlar əvvəllər də ölkə Prezidentinə birbaşa tabe olub, sonra o, DİN-in tabeliyinə verilib. Onsuz da DİN də Prezidentə tabedir - dövlət başçısı həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Təhlükəsizlik Şurasının rəhbəridir. Burada hər hansı inamsızlıqdan və sair söhbət gedə bilməz. Həm də maraqlıdır ki, Daxili Qoşunların Prezidentə tabe edilməsini DİN-ə etimadsızlıq kimi təqdim edənlərin özləri dəfələrlə DİN-in ölkə rəhbərinə sədaqətini əsaslandırmaq üçün polisin, eləcə də, başqa hüquq-mühafizə orqanlarının "siyasiləşdiyini" də söyləmişlər.

Bir yandan, polisin Prezidentə sədaqətini tənqid edir, o biri yandan da, polisin guya inamı itirməsi barədə rəy yaratmağa çalışırlar. Sual yaranır: Prezidentin DİN-ə etimadı necə azalıb ki, çox həssas məqamlarda və dəfələrlə açıq mətnlə polisi dəstəkləyib?!

Əlbəttə, görünür, bu cür fikirləri ortaya atanlar Azərbaycanda daxili vəziyyəti silkələmək istəyirlər. Azərbaycana təsir etməyə, təzyiq göstərməyə çalışan xarici qüvvələr də hamıdan əvvəl güc strukturlarını, o cümlədən, polisi hədəf taxtasına qoymağa çalışır. Bunlar aydındır.

Ölkədə çox ciddi proseslər gedir, bilirsiniz. Çox mühüm - strateji dövlət vəzifələrində işləmiş adamlar, eləcə də, müxalifətin başında dayanan adamlar barəsində "hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər" maddəsi ilə və başqa daha ağır ittihamlarla araşdırma gedir. Üstəlik qlobal güclər 1994-cü ildəki kimi - "Əsrin müqaviləsi" imzalanan ərəfəyə bənzər şəkildə Cənubi Qafqazda, xüsusilə, bölgənin əsas dövləti olan Azərbaycanda açıq və sərt rəqabətə girişiblər.

Yeri gəlmişkən, qlobal rəqabət mövzusunda, bax, elə bu gün tarix üzrə fəlsəfə doktoru, siyasi təhlilçi İbrahim Məmmədovun geniş məqaləsi dərc olunub, orada bu məsələ geniş şərh olunub. Məqalədə yazılanlara xüsusi bir əlavəyə ehtiyac yoxdur. Sadəcə, bunu demək istərdim: konkret olaraq Daxili Qoşunlara əlavə səlahiyyətlər verilməsi və Prezidentə birbaşa tabe edilməsi ölkədə dövlətin və cəmiyyətin təhlükəsizliyinin daha etibarlı qorunması zərurətindən irəli gəlir. Həm də bu, təkcə Azərbaycana xas bir icad deyil ki! Başqa ölkələrdə, o cümlədən, başqa sivil dövlətlərdə də sistem eyni cür işləyir.

Maraqlıdır ki, eyni düşərgəyə mənsub adamlardan bir qismi əksinə başqa "ittiham" irəli sürür. Deyirlər, Daxili Qoşunlar dövlətin mühafizəsinə cəlb edilir. Onlar bunu "hakimiyyət" ifadəsi altında təqdim edir. Bu adamlar, əvvəla, dövlətin, hakimiyyətin nə demək olduğunu bilmirlər. Lap tutaq ki, Daxili Qoşunlar dövləti daha aktiv mühafizə edəcək. Burada qəbahətli nə var?! Dövləti müdafiə və mühafizə etmək nə vaxtdan günah sayılıb?! Lap elə olsun hakimiyyətin müdafiəsini və mühafizəsini təşkil və təmin etmək. Hakimiyyətin özünü qoruması deyil, qorumaması qüsur olardı. Bunu 1993-cü ildə hakimiyyətdən devrilən şəxslər, o qüvvələr yaxşı bilir axı. Ölkə seçicilərinin yarıdan çoxunun səs verib, mandat verib, hakimiyyəti əmanət etdiyi adamlar onu qoruya bilmədilər. Hətta bəziləri qorumaq da istəmədilər. Əmanətə xəyanət deyildimi bu?! Zatən devrilmiş hakimiyyətin baş naziri özü etiraf etmişdi: "Cinayətimiz - məğlubiyyətimizdir" demişdi.

Bəli, cinayət təkcə ictimai təhlükəli hərəkət deyil, həm də eyni cür hərəkətsizlikdir. Daxili Qoşunların dövləti, o cümlədən, dövlətin mühüm bir komponenti olan qanuni hakimiyyəti qorumasını tənqid edənlər dönüb həmin dövrə bir daha baxsalar, belə naşı şərhlərdən çəkinərlər. Daxili qoşunların təşkilati taveliliyinin dəyişməsinə belə diletant yanaşmazlar. Sual olunur: Daxili Qoşunlar DİN-in tərkibində olanda dövləti qorumurdu?! Qoruyurdu. Prezidentin birbaşa tabeliyində olanda da eyni funksiyanı yerinə yetirəcək. Sadəcə, daha çevik və daha yüksək rəsmi səviyyəli komanda rejimində. Bunu fərqli yönlərə yozmağın məntiqi nədir, anlamadım. Daxili qoşunlar haqqında "xaric notlar" üzərindən köhnəlmiş bayatılar oxumaq kimə lazımdır?!

Daxili qoşunlar dövlət sisteminin harasında qərar tutursa-tutsun, əsas məsələ odur ki, Konstitusiya və qanunlar çərçivəsində hərəkət etsin, üzərinə düşən missiyanı dəqiq və qüsursuz yerinə yetirsin. Mənim üçün bir vətəndaş kimi önəmli olan budur. Elə bir dövlət orqanı olan DİN üçün də və təbii ki, Ali Baş Komandan üçün də belədir.

Bir də ki DİN onsuz da kifayət qədər böyük təşkilatdır; fəaliyyət və məsuliyyət dairəsi də yetərincə genişdir. Üstəlik ildırımsürətli texnoloji inkişafın gətirdiyi yeni çağırışlara da qarşı durur. Dünyada durmadan yeni hüquqpozma, yeni cinayət növləri yaranır və bunlar Azərbaycana da sirayət edir.

Bir sözlə, DİN-in işi onsuz da çoxdur, polis onsuz da çətin xidmətdir. Əgər Daxili Qoşunlar da birbaşa Prezidentin əmrində olaraq, cinayətkarlıqla, eləcə də, qanun pozuntularının başqa formaları ilə mübarizəyə qoşulacaqsa, DİN-in işini asanlaşdıracaqsa, ölkə daha yaxşı qorunacaqsa, burada pis nə var ki?!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri