Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Dayanıqlı iqtisadi artım potensialı yaranıb

Dayanıqlı iqtisadi artım potensialı yaranıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Dünya Bankı ölkəmizlə bağlı Dövri İqtisadi İcmal hesabatı təqdim edib

Dünya Bankı (DB) Azərbaycan üzrə Dövri İqtisadi İcmal hesabatını ictimaiyyətə açıqlayıb. Sənəddə ölkəmizin makroiqtisadi göstəriciləri və perspektivləri barədə ətraflı məlumatlar öz əksini tapıb. Hesabatda son dövrlərdə qeydə alınan iqtisadi meyillərin təhlili və ortamüddətli perspektivlər və risklər üzrə proqnozlara geniş yer verilib. Təqdimat mərasimində çıxış edən DB-nin Azərbaycan üzrə böyük iqtisadçısı Nadir Ramazanov bildirib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl və iradəli islahatlar biznes sektorunda mühüm inqilabi dəyişikliklərə səbəb olub, iqtisadi artım və maliyyə dayanıqlılığı güclənib. Son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirən Azərbaycan əhəmiyyətli iqtisadi, biznes, vergi islahatları ilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə töhfələr verib.

N. Ramazanov vurğulayıb ki, son illərdə Azərbaycanda əhəmiyyətli vergi islahatları həyata keçirilib, əmək münasibətlərində şəffaflığın artırılması və qeyri-rəsmi məşğulluğun azaldılması təşviq olunur. Dövlət müəssisələrinin idarəçiliyində də mühüm irəliləyişlər əldə olunub, o cümlədən əsas dövlət korporasiyalarında ilk dəfə olaraq müşahidə şuralarının və idarə heyəti komitələrinin yaradılması təmin edilib.

Rəqabət Məcəlləsi azad bazar üçün geniş meydan açıb

2024-cü ildə qəbul edilən Rəqabət Məcəlləsi mühüm sənəd kimi rəqabətə dair əsas qaydaları və tənzimləmələri özündə əks etdirməklə, azad bazar institutları üçün geniş meydan açıb. Sənəd azad rəqabət mühitinin təmin olunduğu qabaqcıl Avropa ölkələrinin mövcud təcrübəsinə əsaslanmaqla hazırlanmaqla, biznes assosiasiyalarının və sahibkarların niyyət və baxışlarını əks etdirir. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıbdır ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir. Bir sözlə, Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etməkdədir. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkanlar yaradır.

Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini gücləndirib

DB-nin Azərbaycan üzrə böyük iqtisadçısı onu da qeyd edib ki, reallaşdırılan iqtisadi islahatlar Azərbaycanın Cənubi Qafqazda strateji mövqeyini gücləndirib, zəngin enerji resurslarından daxil olan gəlirlərin şaxələndirilməsi güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib. Hökumətin makroiqtisadi sabitliyə yönəlmiş müdrik yanaşması ölkənin qlobal şoklara, o cümlədən 2015-ci ildəki neft qiymətlərinin çöküşü və COVID-19 pandemiyası kimi ağrılı sınaq dövrlərində təhdidlərə güclü müqavimət göstərməklə iqtisadi dinamikaya səbəb olub. Nəticədə fiskal və xarici ticarət profisitləri, aşağı dövlət borcu və əhəmiyyətli makroiqtisadi ehtiyatları üzrə resurslar qorunub saxlanılıb. Son təhlillər göstərir ki, həmin iqtisadi kursa söykənən siyasət tədbirləri sayəsində ölkədə müasir iqtisadi mühit daha da güclənib, qeyri-neft resurslarının təməllərinə əsaslanan resurs bazası genişlənib. Bu iqtisadi islhataların nəticəsində 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2 faizlik daralmaya baxmayaraq, qeyri-neft sektorunda artım 3,9 faizlik artım iqtisadi potensialın və əlavə dəyərin böyüməsini təmin edib. Hazırda tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyətləri, eləcə də kənd təsərrüfatı və turizm sahələrindəki imkanlar xarici və fiskal balansların əhəmiyyətli profisitlərlə saxlanılmasına imkan yaratmaqdadır.

Ən yaxşı islahatçı ölkələr sırasında

Azərbaycanda aparılan islahatlar Dünya Bankının dərc etdiyi “Doing Business” hesabatlarında da təqdir olunub və respublikamız ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib.  “Biznesə başlama” və  “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Hesabata əsasən bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) - 2 günə bərabərdir. Həmçinin, ölkəmiz “Vergilərin ödənilməsi” indeksi üzrə də MDB məkanında ilk yerlərdən birini tutub. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir. Ötən dövr ərzində ölkəmizdə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, nəticədə həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib.

İnflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalacaq

Dünya Bankının ekspertlərini icmal sənədində Azərbaycanın gələcək iqtisadi artımı ilə bağlı proqnozları da nikbindir. Qeyd edilir ki, iqtisadi artımın 2025-2027-ci illər arasında orta hesabla 1,7 faiz səviyyəsində qalacağı gözlənilir. Bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalacaq. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuru sayəsində təmin olunacaq. Özəl sektorun potensialından faydalanmaq üçün növbəti islahatların vacibliyini dəyərləndirən hökumətin azad bazarın inkişafı üçün bərabər rəqabət mühitini təkmilləşdirməsi, maliyyə resurslarına çıxışı genişləndirməsi və digər addımlar əlavə dəyərin qeyri-dövlət resursları üzərində uzunmüddətli inkişafını daha da böyüdə bilər.

Tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, sahibkarların hüquqlarının qorunması istiqamətində atılan addımlar, rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri