Icma.az
close
up
RU
Dayanıqlı iqtisadi inkişaf göstəriciləri

Dayanıqlı iqtisadi inkişaf göstəriciləri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ilin ötən 7 ayında ÜDM-in həcmi artaraq 72 milyard manatı ötüb

2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olub.

Əhalinin gəlirləri və investisiya qoyuluşları artıb

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 15 faiz artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 3335,2 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.

Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyo 770,8 min nəfər olub və muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu göstərici uğurlu sosial-iqtisadi dinamikanın nəticəsi hesab edilə bilər. Qeyd edilən dövrdə inflyasiya 2024-cü ilin eyni dövrü ilə nisbətdə 5 faiz təşkil edib ki, bu da orta aylıq əməkhaqqından 2 dəfə aşağıdır.

Vergi və sosial sığorta yığımlarında artım qeydə alınıb

2025-ci ilin ötən 7 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 6 faiz çox əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz artıb. Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3 milyon manatdan çox təşkil edib.

Qeyri-neft sütunları üzərində...

Cari ilin ötən 7 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

Beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-ci ildə ölkəmizdə ÜDM-in 4,5-5 faiz artcağı əksini tapıb. Eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında da 2025-ci ildə iqtisadi artımla bağlı müsbət proqnozlarında qeyri-neft resurslarının yüksək artımları müqabilində ümumi daxili məhsulun 5 faiz təşkil edəcəyi fərz olunur. Bu nikbin proqnozlar isə dövlətin 2025-ci ildə qarşıya qoyulan bütün hədəfləri icra etməsinə dərin zəmin yaradır. 

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri