Icma.az
close
up
RU
Dayanıqlı iqtisadi inkişafın təzahürü

Dayanıqlı iqtisadi inkişafın təzahürü

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə orta aylıq əməkhaqqı 10 faiz artıb

Azərbaycan iqtisadiyyatı 2025-ci ilin ötən 4 ayı ərzində qlobal enerji bazarlarındakı əlverişsiz mühitə baxmayaraq, dayanıqlı artım templərini qoruyub saxlayıb. Yanvar-aprel aylarında ölkədə 39,3 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox əlavə dəyər deməkdir. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azalsa da, qeyri neft-qaz sektorunda 3,3 faiz artm qeydə alınıb. Bu, bir daha iqtisadiyyatda artım tempinin qeyri-neft ÜDM-i hesabına təmin olunduğunu təsdiqləyir.

Əhalinin gəlirləri inflyasiyanı üstələyib

İqtisadiyyatın artım dinamikası sosial sahələrdə də öz müsbət təzahürlərini nümayiş etdirib. 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 27 milyard manata çatıb. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə təxminən 7-8 faiz artaraq 2600 manatı ötüb. Ötən dövr ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyard 774,9 min nəfər təşkil edib, onların 880 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir.

Bu dövrdə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Qeyd edək ki, bu dövrdə istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3  faiz artıb. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Minimum əməkhaqqının gəlirlərə təsiri

Əhalinin nominal əməkhaqqının və real gəlirlərinin artmasında 2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilməsi öz müsbət təsirlərini göstərib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqqı 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Nəticədə minimum əməkhaqqındakı artımlar təkcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları sərəncama uyğunlaşdırılaraq artırılıb. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artıb. Eləcə də, minimum pensiya məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb, əmək pensiyaları 8 faiz yüksəlib. Həmçinin bir sıra dövlət orqanlarında əməkhaqları artırlıb ki, bu da əhalinin gəlirlər portfelinin böyüməsinə səbəb olub. Yaxın günlərdə digər sosial artımlar, yəni müavinət və təqaüdlərin yenidən hesablanaraq ödəniləməsi də təmin olunacaq ki, bu amil də ilin ikinci rübündə əhalinin əməkhaqqı və gəlirlərinin ümumu məbləğlərinin artmasında müstəsna rol oynayacaq.

Beşinci sosial paketin icrası gəlirləri daha da artıracaq

Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ilin qarşıdakı aylarında da artacağını deməyə əsas verir. Mövcud makroiqtisadi proqnozlar qeyri-neft sahələrində əhalinin gəlir əldəetmə imkanlarının yaxşılaşacağına zəmin yaradır. Yeri gəlmişkən, iqtisadiyyatda işləyənlərin sayında da artım baş verib. Cari ilin 2 ayı ərzində muzdlu işçilərin sayı 1758,8 min nəfər olub ki, onların 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Bununla yanaşı, iqtisadi fəallığın yüksəlməsi və əmək bazarında aparılan islahatlar əmək müqavilələrinin də sayının artmasına öz müsbət təsirini göstərib. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin aprel ayının 1-nə 1 milyon 900 min təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 min 770 vahid artaraq 976 min 692 olub. Ümumilikdə, 2019-cu ilin əvvəli ilə müqayisədə son 6 ildə əmək müqavilələrinin sayı təxminən 465 min vahid artıb.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri