Icma.az
close
up
RU
Dayanıqlı iqtisadi inkişafın göstəriciləri

Dayanıqlı iqtisadi inkişafın göstəriciləri

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il ÜDM-in həcmi 126 milyard dolları ötüb

2024-cü ildə ölkəmizdə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.  Əhalinin hər nəfərinə düşən ÜDM 12,4  min manata bərabər olub.

2024-cü ildə əsas kapitala 21,5 milyard manat məbləğində investisiya yönəldilib. Sərmayələrin əsas hissəsi qeyri neft-qaz sektoruna sərf edilib. Ümumilikdə, istifadə olunmuş investisiyanın 10,6 milyard manatı və ya 49,6 faizi məhsul  istehsalı  sahələrinə, 8,2 milyard manatı (38,4 faizi) xidmət sahələrinə, 2,5 milyard manatı (12 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 18,1 milyard manatı və ya 84,7 faizini daxili investisiyalar təşkil edib.

Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. İnflyasiya 4 faiz civarında təşkil edib.

Sənayenin payı ÜDM-in 50 faizinə yaxınlaşır

ÜDM-in strukturunda sənaye məhsullarının payı ötən illərlə müqayisədə daha da yüksəlib. Ötən il sənaye sektorunda da uğurla göstəricilər əldə edilib. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 64,1 milyard manat və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Qeyri-neft sənayesində artım daha çox olub və dinamika 7,3 faizi üstələyib. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.

Xarici ticarətdə 4,7 milyard dollar müsbət saldo qeydə alınıb

2024-cü ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı və ticarət dövriyyəsinin həcmi də artıb. Qeyd edlən dövrdə 180 ölkə ilə əmtəə və mal mübadiləsi həyata keçirilib. Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 47,6 milyard dollar təşkil edib ki, onun 26,6 milyard dolları ixracın payına düşür. İdxalın dəyəri isə 21 milyard dollar olub və nəticədə xarici ticarətdə 5,5 milyard dollardan çox müsbət saldo yaranıb.

Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Avstraliya, Hindistan, Çexiya, ABŞ, Birləşmiş Krallıq və digər dövlətlər xüsusi paya malik olub. İxracda əsas məhsullar neft-qaz və ondan hazırlanmış məhsullar üstünlük təşkil etsə də, qeyri-neftin ixracında artımlar müşahidə edilməkdədir. Qeyri-neft məhsullarının ixracı 2 milyard dollardan çox olub. İxracda tərəvəz və meyvə məhsulları üstünlük təşkil edir. Xüsusilə də pambıq və pambıq lifi, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, kimyəvi mallar və sənaye texnologiyaları, elektrik enerjisi və kosmik sənaye məhsullarının ixracı davamlı artmaqdadır.

12 ölkənin qaz təminatçısı

2024-cü ildə Azərbaycan region ölkələrinin və Avropa İttifaqının (Aİ) enerji təchizatında öz mövqeyini daha da möhkəmləndirib. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları yaradıb və ötən il xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox qaz isə Gürcüstana satılıb.  Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, Azərbaycan 2024-cü ildə Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz nəql etməklə maye yanacaqla təchiz etdiyi ölkələrin sayını 12-yə çatdırıb.

Qeyri-neft sütunları üzərində...

Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

Beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-ci ildə ölkəmizdə ÜDM-in 4,5-5 faiz artacağı əksini tapıb. Eləcə də, Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında da 2025-ci ildə iqtisadi artımla bağlı müsbət proqnozlarında qeyri-neft resurslarının yüksək artımları müqabilində ümumi daxili məhsulun 5 faiz təşkil edəcəyi fərz olunur. Bu nikbin proqnozlar isə dövlətin 2025-ci ildə qarşıya qoyulan bütün hədəfləri icra etməsinə dərin zəmin yaradır. 

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri