Dayanma durma cərimələri sürücüləri taksidən uzaqlaşdırır? Bolt dan cavab
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yollardakı problemlər və xüsusilə dayanma-durma ilə bağlı tətbiq olunan cərimələr taksi sürücülərinin sayına da təsir göstərir. Sürücülər iddia edirlər ki, yüksək cərimələrə görə müxtəlif taksi şirkəti platformalarında işləmək əvvəlki qədər sərfəli deyil. Nəticədə şirkətlər yeni sürücü cəlb etməkdə çətinlik yaşayırlar.
Mövzu ilə bağlı "Bolt" taksi şirkətindən Redaktor.az-a bildirildi ki, taksi xidmətlərinin səmərəli fəaliyyəti üçün şəhər mobilliyi infrastrukturu, o cümlədən sərnişinlərin təhlükəsiz şəkildə mindirilməsi və endirilməsi üçün uyğun məkanların mövcudluğu mühüm əhəmiyyət daşıyır:
"Belə məkanların məhdud olduğu ərazilərdə sürücülər üçün dayanma və sərnişinlərin mindirilib-endirilməsi ilə bağlı çətinliklər yarana bilər. Bu istiqamətdə AYNA tərəfindən taksi dayanacaqlarının və mindirmə-endirmə zonalarının artırılması istiqamətində işlər aparılır. "Bolt" olaraq biz də bu prosesə dəstək verir, aidiyyəti qurumlarla mütəmadi əməkdaşlıq edirik. Platformamızın məlumatları əsasında sərnişinlərin ən çox mindiyi və endiyi məntəqələr, eləcə də əsas hərəkət istiqamətləri barədə aylıq məlumatlar təqdim edərək gələcək planlaşdırma və infrastrukturun təkmilləşdirilməsinə töhfə verməyə çalışırıq. İnanırıq ki, dövlət qurumları və özəl sektor arasında davam edən əməkdaşlıq nəticəsində həm sürücülər, həm də sərnişinlər üçün daha rahat və səmərəli şəhər mobilliyi mühiti formalaşacaq".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 İyul 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















