“DAYIMIN ŞİRKƏTİDİR...” Nazir ailə biznesini boynundan atır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hər kəs öz fəaliyyətinə görə cavabdehdir. “Lianna Garden Hall” dayımın şirkətidir”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Sosial Təminat naziri Narek Mkrtçyan yerli jurnalistlərə açıqlamasında deyib.

Məsələ ondadır ki, Ermənistan Dövlət Gəlirləri Komitəsi “Lianna Garden Hall”-da 100 milyon dram məbləğində pulun rəsmi dövriyyədən gizlədilidiyini aşkarlayıb. Bu şirkət isə nazirin ailə şirkəti kimi tanındığından ona qarşı mətbuatda ittihamlar çoxalıb.
Azərbaycan üçün də tanışan olan bu mənzərənin yaranmasından sonra nazir sözügedən şirkətlə əlaqələrini boynundan atmağa çalışıb: “Dövlət Gəlirləri Komitəsinin bəyanatını oxuyun. Mən bu işlərə qətiyyən qarışmıram, bu işə qətiyyən aidiyyatım yoxdur. Bu, dayımın biznesidir. O, 2000-ci illərin əvvəllərindən bizneslə məşğuldur. Bu, mənim problemim deyil”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Noyabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















