Icma.az
close
up
RU
DÇ 2026: D QRUPU Türkiyə millisi çətin sınaq qarşısında

DÇ 2026: D QRUPU Türkiyə millisi çətin sınaq qarşısında

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.

Bu mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.

2026-cı il futbol üzrə dünya çempionatının D qrupu da turnirin ən maraqlı və balanslı qruplarından biri kimi qiymətləndirilir. 

D qrupunu daha da maraqlı edən məqam isə burada qardaş ölkə Türkiyənin yer almasıdır. "Ay-ulduzlu"lar D qrupunda ev sahibi ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq. Qrupun ümumi mənzərəsinə baxıldıqda isə Türkiyənin həm heyət keyfiyyəti, həm də futbol potensialı baxımından liderliyə əsas namizədlərdən biri olduğu görünür.  Xüsusilə Avropa çempionatındakı çıxışdan sonra komandanın beynəlxalq nüfuzu daha da yüksəlib. Yeri gəlmişkən, hazırda Türkiyə millisinin ümumi heyət dəyəri təxminən 440 milyon avro qiymətləndirilir ki, bu da D qrupunda ən yüksək göstəricidir.

Türkiyənin əsas üstünlüyü hücum xəttindəki sürətli və texnikalı oyunçular, həmçinin orta sahədəki dinamika hesab olunur. Arda Gülər, Kənan Yıldız, Hakan Çalhanoğlu kimi futbolçular komandanın oyun sistemində əsas rol oynayırlar. Müdafiədə müəyyən problemlər qalsa da, Türkiyə artıq əvvəlki illərlə müqayisədə daha balanslı kollektiv təsiri bağışlayır.

Türkiyə mundialdakı ilk oyununu 14 iyun 2026-cı ildə Kanadanın Vancouver şəhərində Avstraliyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Kağız üzərində Türkiyə bu matçın açıq favoritidir. Avstraliyanın heyət dəyəri təxminən 51 milyon avro civarındadır və komanda əsasən intizamlı futbolu ilə seçilir. Komandanın ən dəyərli futbolçusu Alessandro Circati hesab olunur. Bundan başqa Cordan Bos, Nestory Irankunda və təcrübəli qapıçı Matheu Rian diqqət çəkən futbolçulardır. 

Qrupun ən ciddi rəqiblərindən biri isə ev sahibi ABŞ hesab olunur. ABŞ son illərdə futbol infrastrukturu və oyunçu inkişafı baxımından böyük irəliləyiş edib. Komandanın ümumi heyət dəyəri təxminən 357 milyon avro təşkil edir.

Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv xüsusilə hücum xəttində təhlükəli görünür. Christian Pulisic 50 milyon avroluq bazar dəyəri ilə komandanın əsas ulduzu sayılır. Malik Tillman, Veston MaKennie, Folarin Baloqun və Sergino Dest kimi futbolçular ABŞ-nin sürətli keçid oyununu daha təhlükəli edir.

Türkiyə ilə ABŞ arasında keçiriləcək son qrup matçı qrup liderliyi baxımından həlledici ola bilər. Oyun ABŞ-də yerləşən SoFi stadionunda keçiriləcək.

D qrupunda diqqətdən kənarda qalan, amma təhlükəli potensiala malik komanda isə Paraqvaydır. Cənubi Amerika seçməsi dünya çempionatına çox çətin CONMEBOL seçmə mərhələsindən vəsiqə qazanıb və bu özü artıq komandanın səviyyəsini göstərir.

Paraqvayın ən böyük üstünlüyü döyüşkən və sərt futboludur. Dieqo Gomez və Yulio Enciso kimi texnikalı futbolçular hücumda ciddi təhlükə yaradırlar. Mixel Almiron kimi təcrübəli adlar isə oyunun ritmini dəyişə bilən futbolçular sırasındadır. Türkiyə üçün Paraqvay matçı taktiki baxımdan ən çətin oyunlardan biri hesab olunur. Çünki Cənubi Amerika komandaları adətən yüksək pressinq və aqressiv oyunla fərqlənirlər. Bununla belə, Türkiyə heyət keyfiyyəti baxımından yenə bir qədər üstün görünür.

Ümumi analizlərə görə Türkiyə D qrupunun liderliyinə əsas namizədlərdən biri sayılır. Futbol ekspertləri hesab edir ki, "ay-ulduzlu"lar minimum ikinci yeri təmin etmək üçün kifayət qədər gücə malikdir.

Hazırkı ehtimallara əsasən Türkiyənin qrupu lider tamamlaması gözlənilir. Bu halda "ay-ulduzlu"lar son 32 mərhələsində daha münasib rəqiblərdən biri ilə qarşılaşa bilər. Mümkün rəqiblər arasında hələlik Bosniya və Herseqovina variantı ön plana çıxır.

Əgər Türkiyə növbəti mərhələyə yüksələ bilsə, son 16 turunda Belçika və ya Çexiya kimi daha güclü rəqiblərlə qarşılaşma ehtimalı yaranacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 May 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri