DÇ 2026: FİFA fantastik qazanc əldə edib
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) DÇ-2026-dan rekord həddə qazanc əldə edib. Sport24.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, ali futbol qurumu mundialdan 15 milyard dollar qazanıb.
Halbuki mundialdan öncə FİFA təxminən 11 milyard dollar qazanc əldə etməyi planlaşdırırdı.
Mənbənin sözlərinə görə, gəlir artımının əsas hərəkətverici qüvvəsi bilet satışları, o cümlədən təkrar satış olub. FİFA həm alıcılardan, həm də satıcılardan 15% komissiya alır ki, bu da ümumi gəliri əhəmiyyətli dərəcədə artırır.
Gəlirin digər vacib mənbəyi qonaqpərvərlik xidmətləridir. Bu iki maddə proqnozlaşdırılan rəqəmləri xeyli üstələyərək yekun gəlirə töhfə verib.
Qeyd edək ki, bu gün DÇ-2026-nın finalında İspaniya Argentina ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















