Icma.az
close
up
RU
DÇ 2027 də gələcəyin ulduzlarının oynadığı turnir olacaq Arif Əsədov Özbəkistan mətbuatına danışdı

DÇ 2027 də gələcəyin ulduzlarının oynadığı turnir olacaq Arif Əsədov Özbəkistan mətbuatına danışdı

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin sabiq müdafiəçisi, SSRİ-nin U-17 yığması ilə dünya, U-19 seçməsi ilə Avropa çempionu tituluna yiyələnmiş Arif Əsədov Özbəkistan mətbuatına müsahibə verib. O, hazırda OKMK-nin baş məşqçisi olan Mirjalol Kosimovla titullar qazanmasından, yaxın dostluq əlaqələrindən, eləcə də Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə 2027-ci ildə baş tutacaq U-20 dünya çempionatından danışıb.

Fanat.Az tanınmış mütəxəssisin "championat.asia" portalına müsahibəsini təqdim edir.

- Siz Mirjalol Kosimovla SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatında oynamısınız. O vaxtları necə xatırlayırsınız?
- Hər şeydən öncə sizə diqqətinizə görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək yalnız uzun müddət bir yerdə oynadığım əziz dostuma yox, bütün qardaş Özbəkistan xalqına səmimi salamlarımı çatdırıram. Bizim Mirjalol Kasimovla yollarımız gənclər millisindən çox əvvəl kəsişib. Sovetlər dönəmində ölkələrimizin gənclər millilərinin kapitanları qismində  meydanda rəqib olmuşuq. Həmin yarışlarda SSRİ yığmasına öz yaş qrupları üzrə ən istedadlı oyunçular seçilirdi. Rəqabət inanılmaz, demək olar ki, dözülməz idi. Biz Mirjalolla futbola, oyunçulara böyük diqqət ayıran RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası), Moskva, Leninqrad və ya Ukrayna millilərini təmsil etmirdik. Onlar həmişə diqqət mərkəzindəydilərsə, biz öz respublikalarımızın idman şərəfini qoruyurduq. Bizə vaxtında inanan, ümidləri doğrultmağa sövq edən məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Öncə seçimlərdən keçərək 1987-ci ildə baş tutan gənclər arasında Avropa çempionatında gümüş medal qazandıq, ardından isə elə həmin ildə Kanadada keçiriləm U-17 dünya çempionatında çempionluq sevinci yaşadıq. Bir il sonra isə SSRİ-nin U-19 yığması ilə Avropa çempionu olduq. Bu uğurlardan sonra U-20 yığması ilə dünya çempionatında iştirak etdik və Çexoslovakiyada keçirilən Avropa çempionatının finalında yendiyimiz Portuqaliya çempion adını qazandı. Mirjalol kapitan idi, biz isə əsas heyət üzvləri. Unudulmaz günlər yaşadıq. Avropa və dünya səviyyəli qələbələr, futbolun əfsanəsi Pele ilə görüş yaddaşımda xüsusi iz buraxıb. Həmin vaxt gənc oyunçular üçün bütün bunlar inanılmaz hadisələr idi. Biz nəinki böyüdük və ən yaxşı oyunçulara çevrildik, həm də şəxsiyyət olaraq, formalaşdıq. Mirjalol Kasimov ölkəsini şöhrətləndirdi. Keçmiş SSRİ yığmasının kapitanı olmaq çox şeydən xəbər verir. Mən Mirjalolu Özbəkistan futbolunun canlı əfsanələrindən biri sayıram.

- Siz futbolçu Kasimovu necə xatırlayırsınız? Eşitmişəm ki, o, sizin evinizdə də olub və nənənizin hazırladığı milli yeməyinizin də dadına baxıb.
- Mirjalol yalnız texnikalı və ağıllı oyunçu deyil, həm də komandanı ilhamlandıran, qələbəyə kökləyərək ardınca aparmağı bacaran əsl kapitan idi. O, həmişə qol vururdu. Kasimovun həllledici qolları çempion olmağımızda böyük rol oynadı. Mən müdafiəçi olsam da, ondan nümunə götürür, hücumlara qoşulub qollar vururdum. O, həm də əsl dost idi. Biz ilk görüşdən dostlaşdıq. Toplanış və çempionatlarda eyni otaqda qalırdıq. O vaxt gənc uşaqlar idik, yalnız futbol haqda düşünürdük. İndi başa düşürəm ki, bu yalnız şəxsi münasibət deyildi, biz qardaş xalqları təmsil edirdik və bu məqam bizim əlaqələrimizi daha da gücləndirir. Ölkələrimiz müstəqillik qazanandan sonra hər şeyi daha dərindən anlayır, yaşadıqlarımızla, qarşılıqlı inamımızla qürur duyuruq.

Bildiyiniz kimi, biz "Alaniya"da birlikdə oynamışıq. Bizim milli yeməklərimiz də oxşardır. Ailələrimiz də dostlaşıblar. Mən də onların evində olmuşam. Ailələrimiz bir-birini doğmalar kimi qəbul etdi. Az öncə azərbaycanlı veteranlar Daşkəndə yollanaraq yoldaşlıq görüşü keçirdilər. Sonra yenə dostumun evində oldum. Elə mən də onun kimi, Özbəkistan mətbəxinin ləziz təamlarından daddım. Mirjalolla dostluğumuz indiyədək davam edir.  

- 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatı Azərbaycan və Özbəkistanda keçiriləcək. Bu haqda nə düşünürsünüz?
- Biz Mirjalol Kasimovla yüksək səviyyədə çıxış etmişik. Bu, dünya səviyyəli turnirdir. Sevindirici haldır ki, bizim ölkələrimizə belə çempionatın keçirilməsini etibar ediblər. Bu seçim bizim xalqlarımızın, dövlətlərimizin yaxınlığını və qardaşlığını bir daha təsdiqləyir. Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dostluğunun əlaqələrin formalaşmasında xüsusi rol oynadığını da vurğulamalıyıq. İki dövlətin liderlərinin futbola və idmana verdikləri önəm FİFA-nın belə bir qərar qəbul etməsinə yol açdı. Futbol taleyi bizi Avropa və Asiyaya ayırsa da, bu, ölkələrimizin futbol infrastrukturunu və gənc oyunçularını inkişaf etdirmək baxımından əla fürsətdir. Əminəm ki, hər iki tərəf sıx əməkdaşlıq fonunda dünya çempionatını yüksək səviyyədə keçirmək üçün hər şey edəcəklər. Azərbaycanın artıq belə yarışları keçirmək təcrübəsi var. Son 10-15 ildə biz U-17 dünya çempionatına və qadınlar arasında dünya çempionatına ev sahibliyi etmişik. U-20 dünya çempionatı isə böyük futbola keçid anlamında son tramplindir. Maradonanın özü də belə turnirdə iştirak edib. Özümüz oynadığımız dönəmdə bizə qarşı nigeriyalı Okoça, italiyalı Pesotti, portuqaliyalılar - Joau Pintu və Fernandu Koutinyu, türk Tuqay və başqa oyunçular mübarizə aparmışdılar ki, sonradan da hər birini dünya tanıdı. Əminəm ki, DÇ-2027 də gələcəyin ulduzlarının oynadığı turnir olacaq. Onların aralarında Özbəkistan və Azərbaycandan olan istedadları da görmək istəyərdim.

- Bu mundialda siz və Mirjalol Kasimov həlledici fiqurlar ola bilərsiniz? Birlikdə U-20 dünya çempionatında çıxış etmisiniz və indi ölkələriniz sözügedən turniri birlikdə keçirməyə hazırlaşırlar.
- Erkən gənclik illərində biz xalqlarımızı layiqli şəkildə təmsil edərək çempion olmuşuq. Bu, indiki nəsil üçün nümunədir. Çox işləməli və yüksək hədəflərə köklənməliyik. Bu gün turniri keçirəcək iki qardaş ölkənin təmsilçiləri kimi təcrübəmizi bölüşməyə hazırıq. Əminəm ki, Mirjalol Kasimov da belə hesab edir. Bütün hallarda, təşkilatçıların və cavabdeh şəxslərin seçimlərinə hörmətlə yanaşırıq. Əsas odur ki, hər iki ölkə turniri yüksək səviyyədə keçirsinlər, Azərbaycan və Özbəkistan milliləri isə layiqli çıxışla yadda qalsınlar.  

- Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatında iştirak hüququ qazanıb. Əlbəttə, Azərbaycan rəqiblərin daha güclü olduğu Avropa zonasında mübarizə aparır. Bəs sizcə, yığmanız nə vaxt dünya çempionatına vəsiqə qazana biləcək?
- Doğrudan da, Avropada seçmə mərhələlər çətin keçir. Rəqabət inanılmazdır. Hərçənd bu fakt Özbəkistanın uğuruna kölgə sala bilməz. Qardaş ölkənin uğuru tarixi və böyük nəticədir. Daha bir pozitiv məqam isə Özbəkistanda perspektivli və istedadlı nəslin yetişməsidir. Biz sizin yığmanızı dəstəkləyirik. Nə qədər çətin olsa da, ümid edirəm ki, bizim də yığmamız belə uğura imza atacaq. U-20 dünya çempionatı bu hədəf istiqamətində bir stimul olmalıdır. 

Tərcümə: Fanat.Az
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Noyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri