Icma.az
close
up
RU
DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Belə ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə başlanılıb.

"Unikal" xəbər verir ki, sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır. 

Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.

Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ Konvensiyasında və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini təmin edir.

DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.

Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:368
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri