Icma.az
close
up
RU
DDLA dənizçilər üçün onlayn təlim imkanı yaradıb

DDLA dənizçilər üçün onlayn təlim imkanı yaradıb

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Dəniz Təşkilatının (BDT) MSC.560(108) nömrəli qətnaməsi rəhbər tutulmaqla, Beynəlxalq Məcəllənin müvafiq cədvəlinə yeni tələb əlavə edilib.

"Unikal" xəbər verir ki, sözügedən tələb “Zorakılıq və qısnama hallarının, o cümlədən seksual qısnama, bullinq və seksual hücum hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək” mövzusunu əhatə edir.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) həyata keçirdiyi yeniliyə əsasən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğun hissə üzrə biliklərini onlayn formatda artırmaq imkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni istifadəyə verdiyi “My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlər bölməsi”ndə müvafiq proqramda iştirak edə və təlimi uğurla başa vurduqdan sonra iştirakla bağlı elektron sertifikat əldə edə bilərlər. Həmin sənəd əsasında “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanla yeniləmək imkanı yaranacaq.

Bu hazırlıq üzrə ilk dəfə təlim keçən şəxslər isə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyi təlim-tədris mərkəzlərində təşkil olunan əyani təlimlərdə iştirak etməlidirlər.

Məlumat üçün bildirək ki, cari il ərzində beynəlxalq tələblərə uyğun dənizçilərin bilik və bacarıqlarının artırılması üçün yeni təlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi  nəzərdə tutulur.

Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və rəqəmsal formada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili və beynəlxalq sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə, dəniz mühitində sağlam və təhlükəsiz iş şəraitinin formalaşdırılmasına, eyni zamanda dənizçilik sektorunda idarəetmənin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, istifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri