Azərbaycan əhalisinin böyük əksəriyyəti tam orta təhsillidir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, ölkə əhalisinin təhsil səviyyəsi və cinslər üzrə bölgüsü məlum olub. Məlumatlara görə, həm ümumi əhali, həm də 55 və daha yuxarı yaş qrupunda olanlar arasında tam orta təhsillilər üstünlük təşkil edir.
“Yeni Sabah” xəbər verir ki, ümumi göstəricilərə əsasən, əhalinin 60,4%-i qadınlar, 60,7%-i kişilər olmaqla tam orta təhsilə sahibdir. Ali təhsillilərin xüsusi çəkisi kişilər arasında 18,1%, qadınlar arasında isə 16,0% təşkil edir. Orta ihtisas təhsili olanların payı qadınlarda 10,7%, kişilərdə 8,3%, peşə təhsillilər isə qadınlarda 4,6%, kişilərdə 5,8%-dir. Ümumi orta təhsillilər qadınlar arasında 6,8%, kişilər arasında 5,7%, ibtidai təhsillilər hər iki cins üzrə 1,2% təşkil etdiyi halda, təhsili olmayanlar və məktəbəqədər təhsillilərin göstəricisi 0,0% – 0,2% aralığında dəyişir.
55 və daha yuxarı yaşlı əhali arasında da tam orta təhsil göstəricisi (qadınlar 54,1%, kişilər 52,8%) ilk sıradadır. Bu yaş qrupunda ali təhsilli kişilərin payı 20,9%, qadınların payı isə 15,9% olub. Həmçinin orta ihtisas təhsili olanlar hər iki cins üzrə 10,6%, peşə təhsillilər qadınlarda 4,3%, kişilərdə 6,0%, ibtidai təhsillilər isə qadınlarda 4,1%, kişilərdə 2,0% təşkil edir. pizza mizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















