Icma.az
close
up
RU
De Blekere bu dəfə nə deyəcək? YAZI

De Blekere bu dəfə nə deyəcək? YAZI

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ölkə kubokunun finalı illərin təcrübəsi “Qarabağ”la son illərin ambisiyalı layihəsi “Sabah” arasında keçirildi.

Gərgin oyunun 90 dəqiqəsi 2:2 hesabı ilə başa çatdı. Matçda üç penalty təyin olundu, dramatik anlarla zəngin uzatma dəqiqələrində isə “bayquşlar” qələbə topunu vurdu. Amma indi nəticədən daha çox referi İnqilab Məmmədovun qərarları və VAR təyinatları müzakirə olunur.
Oyundan əvvəl sosial şəbəkələrdə dolaşan ehtimallar və narahat fikirlər təsdiqini tapdı. İnqilab Məmmədovun oyuna təyin olunması sürpriz deyildi. Çünki biz də qarışıq çoxları bu təyinatı əvvəlcədən proqnozlaşdırmışdı. Təcrübəli Əliyar Ağayevlə Elçin Məsiyev pley-off matçlarını idarə etmişdisə, başqa qərar gözləməyə dəyməzdi. Yaxşı, bəs adı çəkilən hakimlər VAR otağında da əyləşə bilməzdi?
Final kimi önəmli oyunda hakimə texnoloji dəstək verəcək VAR heyəti bir o qədər də inam yaratmadı. VAR-da Nicat İsmayıllı və köməkçisi Fərid Hacıyev yer aldı. Halbuki Fərid Hacıyev premyer-liqada tez-tez oyun idarə edir, amma burda yalnız köməkçi idi. Əvəzində cari mövsümdə elitada cəmi üç oyun idarə etmiş Nicat İsmayıllı VAR hakimi kimi bu ağır yükün altına girdi.
İsmayıllı bu mövsüm baş hakim kimi ilk təyinatı Misli premyer-liqasının 5-ci turunun “Kəpəz” - “Sabah” matçına alıb. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nicat bəy premyer-liqanın 4-cü turunun “Səbail” - “Qarabağ”, 35-ci turun “Neftçi” - “Səbail” matçında da iş başında olub. Bu görüşlərdə “Səbail” 3 top fərqli darmadağın yaşayıb. Əvvəlki matçlarla son final arasında qəribə bir ortaq xətt var. Nicatın bəyin idarə etdiyi bütün oyunlarda qalib komanda 3 qol vurub. 
Finaldan sonra sosial şəbəkələrdə hakimlik ciddi tənqid olundu. Oyunun tempinə, qərarların ardıcıllığına və penalti epizodlarına dair yüzlərlə paylaşım edildi. Bu o deməkdi ki, hakimlik yenə gündəmdə, yenə tənqidlərin mərkəzindədi. Azərbaycan futbolu üçün bir kubok finalı tarixə yazıldı. Amma suallar cavabsız, şübhələr açıq qaldı.
Görəsən, Frank de Blekere danışacaqmı?!
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri