Icma.az
close
up
RU
“Ded Xasan”ı Lənkəranski öldürtməyib Əsl qatilə ağır cəza VERİLDİ

“Ded Xasan”ı Lənkəranski öldürtməyib Əsl qatilə ağır cəza VERİLDİ

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Dünən Moskva şəhər məhkəməsi “Taqanskaya” mütəşəkkil cinayətkar qrupunun lideri olduğu iddia edilən İqor Jirnokleyevi qətl, banditizm və kriminal birlik yaratmaqda ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum edib.

Bakupost.az musavat-a istinadla xəbər verir ki, məhkəmə onu qanunsuz silahlı dəstə yaratmaqda, adam öldürməkdə, qanunsuz silah istehsalında və cinayət təşkilatında iştirakda təqsirli bilib.

İş materiallarına görə, Jirnokleyev “Ded Xasan” kimi tanınan kriminal boss Aslan Usoyanın, habelə vəkil Natalya Vavilinanın qətlini sifariş edib. Məsələnin ən maraqlı tərəfi budur.

“Taqanskaya” mütəşəkkil cinayətkar qruplaşması 1990-cı illərdən fəaliyyət göstərir və Rusiyanın ən köhnə cinayətkar qruplarından biri hesab olunur. Əvvəlcə o, reketlə, hədə-qorxu ilə pul tələb etməklə məşğul olub, lakin sonradan rəqiblərini aradan götürməyə, digər ağır cinayətlər törətməyə girişib.

2017-ci ildə qrupun muzdlu qatili Marat Yanbuxtin həbs edilib. O, istintaqla əməkdaşlığa başlayıb və mütəşəkkil cinayətkar qrupun qalan üzvlərini müəyyən etməyə kömək edən ifadələr verib. Axtarışlar zamanı qrupdan iki əldəqayırma partlayıcı qurğu, yüzdən çox silah-sursat və böyük miqdarda partlayıcı anbar aşkar edilib.

Məhkəmə dəstənin digər üzvlərini də təqsirli bilib. Onlar dələduzluq, quldurluq, silahlı soyğunçuluq, qanunsuz silah alveri və cinayətkar qrup təşkil etmək kimi cinayətlərdə ittiham olunublar. Məhkəmə onları 22 ildən 25 ilədək müddətə və 2 milyon rubldan 4 milyon rubla qədər cərimələrə məhkum edib. Bundan əlavə, məhkumların İvanovo vilayətindəki əmlakları müsadirə edilib.

Rusiya kriminal dünyasının “kralı” Vyeçeslav İvankovun öldürülməsindən sonra “taxt-tac”a yiyələnmiş Aslan Usoyanın qətli postsovet ölkələrdə böyük əks-səda doğurmuş, kriminal aləmdəki qruplaşmaların toqquşmalarına səbəb olmuşdu. Hər kəs “Ded Xasan”ın qətlində bir-birindən şübhələnirdi və qətlə dair versiyalar çox idi.

Qətlin təşkilatçılığında azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin də adı çəkilirdi. “Rövşən Lənkəranski“ adı ilə tanınan həmyerlimizin adını bu məsələyə qəsdən qatmışdılar, məqsəd onu hədəfə çıxarmaq idi.

Ona görə də 2016-cı ilin avqustunda R.Canıyev Türkiyədə sui-qəsdə məruz qalanda Rusiya mediası xəbər başlıqlarına “Ded Xasan”ın qatili olduğu güman edilən şəxs Türkiyədə sui-qəsdə məruz qaldı” ifadəsini çıxarmışdılar.

“Ded Xasan” kimi tanınan Usoyan 2013-cü il yanvarın 16-da Moskvanın Povarskaya küçəsindəki restorandan çıxarkən snayper tərəfindən öldürülüb.

Media yazmışdı ki, rusiyalı əməliyyatçılar Canıyevin qətlinin birbaşa Usoyanın güllələnməsi ilə bağlı olduğuna şübhə etmirlər.

Ancaq bu məsələ bununla da bitmədi. Aslan Usoyanın rəhbərlik etdiyi kriminal qruplaşmanın liderləri qətlə görə başqa kriminal liderlərdən də qisas almağı düşünürdülər.

Rusiyalı qanun oğru, kriminal aləmdə “Vadik Belı” kimi tanınan Vyaçeslav Leontyev bildirmişdi ki, Aslan Usoyanın qətli ilə bağlı istintaq yanlış yolla gedir.

“Ded Xasan” və “Yaponçik”lə dostluq edən avtoritet demişdi ki, qatilləri qanlı 90-cı illərin qayıtmasını istəyənlər arasında axtarmaq lazımdır. “Lakin onlar bunu yuxularına belə gətirməməlidirlər: oğrular buna imkan verməyəcəklər. Kriminal müharibələrdən danışanlar sadə vətəndaşları qorxutmaq və öz dividendlərini, o cümlədən vergi ödəyicilərinin pullarını nəzarətsiz xərcləmək imkanı əldə etmək istəyirlər”, - Leontyev “Moskovski komsomolets” qəzetinə müsahibəsində demişdi.

Ancaq o da konkret olaraq Usoyanın qatilllərinə barmaq tuşlamamış, bu işi “Taqanskaya” qruplaşmasının törətdiyini deməmişdi.

Rusiyanın keçmiş daxili işlər naziri Anatoli Kulikov Usoyana sui-qəsd “kriminal aləmdə yenidən bölüşdürülmənin növbəti dalğası” ilə bağlı olduğunu deyib.

“Ded Xasan”ın qətlindən 5 il sonra Rusiya mediasında Usoyanın qətlinin əsas şübhəlisinin tutulduğu və onun 36 yaşlı azərbaycanlı Talıbxanlı Hacıbaba Tahir oğlu olduğu bildirilib. Qeyd olunub ki, o, kriminal aləmdə o, Hacı Beyləqanski kimi tanınır. Rusiya mediası yazıb: “Beləliklə, “azərbaycanlı” versiyası təsdiqini tapıb: Hacı həm kriminal aləmdə, həm də hüquq-mühafizə orqanlarında “Ded Hasan”ın qətlinin sifarişçisi sayılan qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) klanının üzvü olub”.

Lakin sonradan məlum oldu ki, bütün versiyalar puç imiş, Usoyanın qətlini “Taqanskaya” qruplaşması təşkil edib və onun üzvləri slavyan mənşəli kriminal elementlərdir.

Onu da qeyd edək ki, 2015-ci ilin aprelində “Rüfət Gəncinski” ləqəbli Ülfət Tağıyev saxlanılarkən etiraf edib ki, “Ded Xasan”ın qatili üçün qaçış planı hazırlayıb. Tağıyev deyib ki, qatilə nəzarət edib və əməliyyatın təfərrüatlarını özü hazırlayıb, lakin qətlin təşkilatçısı və sifarişçisi olmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 May 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri