Icma.az
close
up
RU
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” elmi seminar

“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” elmi seminar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda Elm Gününə həsr olunmuş seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiirlib ki, tədbiri bu elmi müəssisənin direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis olunan Elm Gününün əhəmiyyəti barədə danışıb. Direktor vurğulayıb ki, bu gün Azərbaycan elminin müxtəlif sahələrində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və elmin inkişafına dair yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Alim seminarın mövzusuna toxunaraq qeyd edib ki, son illər professor Seyfəddin Rzasoy tərəfindən “Dədə Qorqud” eposu ilə bağlı silsilə tədqiqatlar aparılır və bu çərçivədə müəllifin 5 monoqrafiyası nəşr edilib. O, professor Seyfəddin Rzasoyun yanaşmalarının özündən əvvəlki baxışlara söykənməklə yanaşı, orijinal elmi mülahizə və konseptləri ehtiva etdiyini vurğulayıb.

Daha sonra Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy “Dədə Qorqud” eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” mövzusunda məruzə edib. Alim eposun mövcud mətninin altında gizli qalmış daha qədim epik qatın – “Alp Aruz variantı”nın mövcudluğu ideyasını elmi əsaslarla təhlil edib. O, bu variantın tədqiqi və bərpası ilə bağlı qarşılaşılan çətinlikləri və layihənin Azərbaycan folklorşünaslığına gətirəcəyi töhfələri geniş izah edib.

Professor qeyd edib ki, mövcud “Dədə Qorqud” mətnində baş qəhrəman kimi təqdim olunan Salur Qazanın davranışları bir çox hallarda Oğuz törəsinə zidd antistruktur xüsusiyyətlər göstərir. Tədqiqatçı dastanın müxtəlif boylarından gətirilən faktlar əsasında Qazanın törəni pozması, Oğuz elində sosial disharmoniya yaratması, bəzi igidlərin qəhrəmanlığını şübhə altına alması kimi epizodları təhlil edib. Bu faktlar göstərir ki, eposun bəzi hissələrində qəhrəman və antiqəhrəman funksiyaları yer dəyişmiş kimi görünür.

Alim məruzəsində xüsusilə Alp Aruz obrazının dastanın dərin qatlarında Oğuz birliyinin qoruyucusu kimi çıxış etdiyinu vurğulayıb. Tədqiqatçıya görə, eposun bir çox epizodlarında Alp Aruz haqq-ədaləti və qədim törəni müdafiə edən qəhrəman kimi təqdim olunur, lakin sonrakı mətn redaksiyalarında onun rolu dəyişdirilərək antiqəhrəman statusuna gətirilir. Bu isə eposun formalaşma tarixində müxtəlif ideoloji mərhələlərin mövcudluğunu göstərir.

Məruzə zamanı XIV əsr tarixçisi Aybək əd-Dəvadarinin tarixi mövzuda yazdığı əsərində mövcud olmuş, lakin bizə gəlib çatmamış qədim “Oğuznamə” variantına da istinad edilib. Həmin mənbədə Aruz oğlu Basatın Təpəgözü öldürməsi və bu hadisənin oğuz epik ənənəsində geniş yayılmış hekayətlərdən biri kimi yaşaması haqqında məlumatların verildiyi diqqətə çatdırılıb. Bu faktın da “Alp Aruz variantı”nın mövcudluğu ehtimalını gücləndirdiyi vurğulanıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru Səfa Qarayev, fiologiya elmləri doktoru, dosent Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov fikrilərini bölüşüblər.

Seminarın yekununda Hikmət Quliyev qeyd edib ki, “Kitabi-Dədə Qorqud” eposu əlyazma şəklində bizə gəlib çatan mətndir. Başqa sözlə desək, şifahi mətn performanslarından birinin əlyazmalaşmış – “stop kadrı”dır. Yəni əlimizdəki Müqəddimə və 12 boyluq Drezden və 6 boyluq Vatikan əlyazmaları, yaxud sonradan üzə çıxarılan Günbət – Türkmənsəhra nüsxəsi, eləcə də Bursa əlyazması “Kitabi-Dədə Qorqud” eposunun tarixi sosial şərtlər kontekstində ortaya çıxan və əlyazmalaşan şəklidir. Odur ki, “Dədə Qorqud” eposuna yanaşmada variantlar perspektivindən məsələyə baxış konseptual əhəmiyyət kəsb edir. Alim məsələyə bu nəzəri-metodoloji prizmadan yanaşmaqla folklorşünaslıq baxımından sistemli və konseptual tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri