Folklor İnstitutunda mifologiya və “Dədə Qorqud”la bağlı elmi seminar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 may, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində keçirilən növbəti elmi seminarda mifoloji düşüncə, xalq inancları, “Dədə Qorqud” dastanının fəlsəfi mahiyyəti və ritual ənənələrinin ədəbiyyatda əksi ilə bağlı məruzələr dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda dosent Elçin Qaliboğlu “Mif mətnlərində fobik təsəvvürlər” mövzusunda çıxış edərək folklor nümunələrində qorxu və mifoloji obrazların insan psixikasının öyrənilməsi baxımından əhəmiyyətindən danışıb. O, qədim inancların və mifoloji təsəvvürlərin uzun əsrlər boyu xalq düşüncəsində yaşadığını bildirib.
Şöbənin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “Dədə Qorqud dastanının mifik-bədii fəlsəfəsi” mövzusunda məruzəsində dastanın çoxqatlı məna sistemi daşıdığını vurğulayıb. Bildirilib ki, dastanda əks olunan fəlsəfi düşüncə mifik dünyagörüşünün bədii ifadəsi kimi çıxış edir.
Seminarda dosent Vüsalə Nəsibova isə XX əsr sovet totalitarizm dövrü poeziyasında ritual motivlərinin eksplisit və implisit ifadə formalarından bəhs edib. Məruzədə Novruz ritual kompleksinin mifoloji ünsürlərinin Azərbaycan ədəbiyyatında müxtəlif formalarda yaşamaqda davam etdiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 15 May 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















