Icma.az
close
up
RU
“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi-ədəbi nəşri olan “Dədə Qorqud” jurnalının 2025-ci il üzrə IV (91) nömrəsi işıq üzü görüb.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, toplunun bu nömrəsi “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Yeni nəşrlər” və “Azərbaycan folklorundan yeni nümunələr” bölmələrindən ibarətdir. Bu nömrədə qorqudşünaslıq üzrə üç, folklorşünaslıq istiqamətində altı elmi məqalə, bir təqdimat-resenziya və müxtəlif bölgələrdən toplanmış folklor materialları yer alıb.

“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində professor Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktoru Xalidə Mete və İmran Verdiyevın məqalələri təqdim olunub.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya elmləri doktoru Hikmət Quliyevin “Azaflı” təxəllüsünün psixosemantikası: sosial protestin latent məna qatı” adlı məqaləsi, professor Ramazan Qafarlının “Sarı gəlin” xalq mahnısı ilə bağlı araşdırması, Əpoş Vəliyevin “Naxçıvanda qədim çörək bişirmə ənənəsi”, Orxan İsayevin “Koroğlu dastanında İraq-Türkman izi”, Elçin Qaliboğlunun “Oğuznamə”lərdə mifik yaradılış konsepsiyası və Samir Səttarovun rus dilində təqdim olunan məqaləsi yer alıb.

“Yeni nəşrlər” bölməsində Asif Hacılının professor Ramazan Qafarlının elmi yaradıcılığına həsr olunmuş resenziyası təqdim edilib.

“Azərbaycan folklorundan yeni nümunələr” bölməsində Yardımlı folklor ekspedisiyası materialları, Qərbi Azərbaycan folklor nümunələri və “Koroğlu” dastanının Təbriz variantı dərc olunub. Variantın Həsən Dilavər tərəfindən Aşıq Əli Kərimidən qeydə alındığı bildirilir.

Qeyd edək ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan toplu qorqudşünaslıq, folklorşünaslıq, türk epik yaddaşı, aşıq sənəti, regional folklor mühiti və müasir mədəni irs problemlərinin araşdırılması baxımından mühüm elmi platformadır.

Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədovadır. Redaksiya heyətində Azərbaycan və türk dünyasının tanınmış alimləri, akademikləri və beynəlxalq tədqiqatçıları təmsil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri