Icma.az
close
up
RU
Moskvada “İrs Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada “İrs Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 2 aprel, AZƏRTAC

Moskvada nəşr olunan “İrs-Nasledie” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Musa Mərcanlının faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş redaktor məqaləsi ilə açılır. Materialda təkcə İkinci Dünya müharibəsi və Nürnberq məhkəmələri zamanı baş verən hadisələr deyil, həm də XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı mövcud problemlər araşdırılır. Erməni radikal qrupları tərəfindən “tarixi ədalətin bərpası” şüarı altında dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən kütləvi qətllərə və etnik təmizləmələrə xüsusi diqqət yetirilir.

Məqalədə vurğulanır ki, nasizmin cinayətlərindən heç də az vəhşi xarakter daşımayan bu əməllər lazımi beynəlxalq qiymətini almayıb, hətta erməni cəmiyyətinin kütləvi şüurunda çox vaxt haqlı hal kimi qəbul edilir. Müəllifin fikrincə, bu amil Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişinə mənfi təsir göstərməkdə davam edir.

Nürnberq məhkəməsində SSRİ-dən olan tərcüməçilərdən biri Ələsgər Məmmədovun ifadəsinə əsaslanan məqalə böyük maraq doğurur. O, sonralar görkəmli şərqşünas və almanşünas alim, Azərbaycan ərəbşünaslığının banisi olub.

Jurnalın tarix mövzusu Rusiya imperiyasına mühacirət etmiş və Şuşada yaşamış Qacarlar sülaləsinin şahzadəsi, Azərbaycanəsilli Bəhmən Mirzə haqqında məqalə ilə davam edir. Onun əsərləri bölgənin tarixinə və Şərq mədəniyyətinə dair mühüm mənbədir.

Qədim dövrlərdə Azərbaycan əhalisi arasında geyim bəzəkləri haqqında məqalə də xüsusi maraq doğurur. Bu elementlər estetik dəyəri ilə yanaşı, xalqın inanclarını, mənəvi dünyasını əks etdirir, eyni zamanda, Azərbaycanın Roma imperiyası və digər dövlətlərlə mədəni və ticarət əlaqələrindən xəbər verir.

Əvvəlki nömrələrdə olduğu kimi, bu buraxılışda da jurnalın ənənəvi bölmələri də daxil olmaqla Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin müxtəlif aspektlərini əhatə edən materiallar dərc olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri