Dedi ki, Allah kimdir, o sənəti sizə mən vermişəm” VİDEO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gitara ifaçısı Rəhman Məmmədli mərhum Xalq artisti Rəmiş haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi onunla yaşadığı dialoqu xatırlayaraq aralarındakı gərgin münasibətlərdən söz açıb. Rəhman Məmmədlinin sözlərinə görə, Rəmişlə aralarında anlaşılmazlıqlar olub:
"Özümdən bir yaş böyük olana da hörmət etməyi bacarıram. Allah yerini cənnət etsin. Bir dəfə özündən soruşdum ki, sənə nə etmişəm ki, məndən bu qədər narazısan? Dedi ki, bir dəfə televiziyada demisən ki, bu sənəti sənə Allah verib, Allah vergisidir. Cavab verdim ki, mən məktəbsiz, müəllimsiz evdə öyrənmişəmsə, bəs nə deyim, kimə borcluyam deməyim? Dedi ki, 'Allah kimdir, o sənəti sizə mən vermişəm'".
Gitara ifaçısı əlavə edib ki, mərhum sənətçidə qısqanclıq hissi də olub və ən çox onunla yola getmirmiş:
"Rəhmətlikdə qısqanclıq var idi, ən çox mənimlə yola getmirdi. Məclislər olub ki, gedib onun əlindən öpmüşəm. Məndən çox efirlərdə Rəmiş sənəti haqqında danışan olmayıb".
Açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















