Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

“Dedi ki, mən sonuncu peyğəmbərəm FOTO

“Dedi ki, mən sonuncu peyğəmbərəm FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclas zərərçəkmiş Rəsul Həsənlinin ifadəsi ilə başlayıb.

Rəsul məsciddə könüllü xidmətçilik edib. Təqsirləndirilən şəxslə də ilk dəfə o görüşüb:

"Elşəni cəmi iki dəfə görmüşəm. Birinci dəfə gələndə dedi ki, imamla görüşmək istəyir. İmam məşğul olduğu üçün həmin gün görüşə bilməyəcəklərini dedim. Bir neçə gün sonra yenə gəldi. Dedi mən 12-ci imamam, təcili imamı görməliyəm. Ardınca imamın qapısını açmağımı tələb etdi. Mən razı olmadığımı bildirən kimi cibindən bıçaq çıxarıb üstümə hücum çəkdi. İlk zərbə qulağıma dəydi.  İkinci dəfə də qarın nahiyəmdən vurdu. Artıq bununla baş edə bilməyəcəyimi bilib qaçdım".

Zərərçəkmişin sözlərinə görə, Elşən məhz imamla görüşünə icazə vermədiyi üçün onu vurub. O, yaralı vəziyyətdə qaçanda Rəsulu söyüb, onu da, qardaşını da, imamı da öldürəcəyini deyib.

Dövlət ittihamçısını maraqlandıran birinci məsələ təqsirləndirilən şəxsin əvvəllər məsciddə ibadət etməyə gəlib-gəlmədiyi, bundan başqa hadisədən əvvəl özünü şübhəli aparıb-aparmamasıdır.

Zərərçəkmiş Elşəni əvvəl heç vaxt məsciddə görmədiyini bildirib. Hadisə günü isə onda bir narahatlıq hiss etməyib, normal biri kimi yaxınlaşıb.

Elşən Hüseynov zərərçəkmişin dedikləri ilə razılaşmayıb.

Proses şahidlərin ifadəsi ilə davam edib.

Şahid Elmira Əhmədova hadisə baş verən məscidin qarşısında dini mağazada satıcı işləyir. Zərərçəkmiş Rəsul Həsənli qulağından xəsarət alandan sonra onun mağazasına gəlib, kömək istəyib. Şahidin dediyinə görə, pəncərədən baxanda Elşənin də onun dalınca qaçdığını görüb:

"Rəsul qulağından xəsarət almış formada mağazaya girdi. Kömək istədi. Çölə baxanda gördüm bir nəfər də əlində nə isə bir əşya mağazaya tərəf gəlir. Yüksək səslə söyüş söyürdü".

Növbəti şahid Dəyanət Mehdiyev hadisədən bir neçə dəqiqə sonra ibadət etmək üçün məscidə gəlib. Həmin vaxt təqsirləndirilən şəxsi görüb. Üstü qan olduğu üçün ona yaxınlaşıb, nə baş verdiyini soruşub:

"Elə bildim bunu təkləyiblər. Yaxınlaşanda dedi ki, yaxın durma başın ağrıyar. Sonra qayıtdı ki, bəs mən sonuncu peyğəmbərəm. Bunu deyəndən sonra düşündüm ki, bu normal deyil. Uzaqlaşıb getdim".

Məhkəmədə iştirak etməyən şahidlər də bənzər ifadə veriblər. Onların ifadəsi elan edilmiş hesab edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri də "Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətovdur. Şərbətov əvvəlki prosesdə ifadə verib.

Onun ifadəsini də əldə etmişik.

Şərbətov deyib ki, Elşən sonuncu hadisədən əvvəl onunla görüşmək üçün bir neçə dəfə məscidə gəlib. Çox israr etdiyi üçün bir dəfə onu qəbul edib:

"Dedi ki, uzun illər həbsdə olub. "İçəridə" olduğu müddətdə tüpürcəyini udmadan yerə tüpürdüyü üçün tam günahlarından təmizlənib. İsrar edirdi ki, ona vergi verilib və hazırda ən məsum imamlardan olan 12-ci imam Mehdidir. Məndən də tələb edirdi ki, onun 12-ci İmam Mehdi olduğunu hamıya elan edim. Söylədiklərinin müzakirəyə çıxarılacağını dedim. Bundan sonra çıxıb getdi. Onu ciddi qəbul etmədiyim üçün dediklərini heç kimə danışmadım. Üstündən bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi".

Əli Şərbətov sonda imam kimi heç kimlə şəxsi qərəzi olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri