Icma.az
close
up
RU
Dəfnə yarpağının möcüzəvi xüsusiyyətləri

Dəfnə yarpağının möcüzəvi xüsusiyyətləri

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Dəfnə hər zaman yaşıl bir ağacdır. Yazda və qışda yarpağını tökmür.

Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Dəfnə yarpağı yeməklərə ləzzət vermək məqsədiylə istifadə edildiyi kimi, tibbi təsirləri də var. Dəfnə yarpağından çay və təbii dərman istehsalında istifadə olunur. Həmçinin şorba, balıq, ət kimi yeməklərə ətir vermək məqsədilə də qatılır. Yarpaqlarını tökmədiyindən hər zaman yarpaqlarını toplama imkanı var. Ancaq may və oktyabr ayları arasında toplan yarpaqlar daha təsirlidir. Dəfnə bitkisinin tibbi və kosmetik məqsədli olaraq istifadə edilən hissəsi yarpaq və yarpağından əldə edilən uçucu esensiyel yağdır. Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı yağ turşuları və esensiyel yağlardan meydana gəlir və çox güclü antioksidan və antiseptik təsirə malikdir.

Publika.az xəbər verir ki, dəfnə yarpağından bir çox xəstəlikləri müalicə etmək üçün istifadə edilir, dəfnə yarpağı bir çox dərdlərin dərmanıdır. Dəfnə yarpağı sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olmaqla yanaşı kosmetik vasitə kimi də istifadə edilir.

Dəfnə yarpağının dəmləməsini vannaya əlavə etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır.

Bu bitkidən şampunlar hazırlanır ki, bu da saç tökülməsinin qarşısını alır, saçın diblərini gücləndirir, onları yumşaldaraq parlaqlıq verir və kəpəyin qarşısını alır. Dəfnə şampunu antiseptik və nəmləndirici təsirə malik olduğundan daimi istifadəsi saçın kəpəklənməsini və saçda göbələk meydana gəlməsinin qarşısını alır.

Dəfnə yarpağından hazırlanan sabundan dərinin gözəlliyi üçün də istifadə edilir. Quru dərini nəmləndirir. Dəfnə sabunu dəridəki məsamələri açıb rahatlaşdırır. Dəfnə sabunu alarkən istifadə etdiyimiz sabunun həqiqi dəfnə yarpağından hazırlandığından əmin olun. Əsl dəfnə sabunun özünə xas qoxusu var və açıq-qəhvəyi rəngdə olur.

Göbələk və dəri xəstəlikləri zamanı da dəfnə yarpağından istifadə edilir.

Dəfnə yarpağından alergiyaya meyilli şəxslərin və hamilə qadınların istifadə etməsi tövsiyə edilmir.

Dəfnə yarpağının başqa zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdır. Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyənin ərazisində yetişdirilir. Aralıq dənizi bölgəsində ən çox Hatayda yetişdirilən dəfnənin yarpaqları Avropaya ixrac edilir və Avropa ölkələrində dərman və kosmetik sənayendə istifadə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri