Icma.az
close
up
RU
Dəfnə yarpağının dəmlənməsinin müalicəvi xüsusiyyətləri

Dəfnə yarpağının dəmlənməsinin müalicəvi xüsusiyyətləri

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dəfnə yarpağının dəmlənməsi qədimdən xalq təbabətində müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunur.

- Fitonsidlərlə zəngin dəfnə yarpağının dəmlənməsi soyuqdəymə və qripp zamanı çox yaxşı müalicəvi təsir edir, xəstənin vəziyyətini yüngülləşdirir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklə mübarizə etməyə kömək edir. Dəmlənməni hazırlamaq üçün 5-6 dəfnə yarpağını 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzün və 1/2 çay qaşığı bal əlavə edib gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla ilıq şəkildə qəbul edin.

- İshal zamanı dəfnə yarpağının dəmlənməsi bağırsaqları çox yaxşı "yığır", onlara mikrobəleyhinə təsir edir. 5-6 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla içilir.

- Dəfnə yarpağının dəmlənməsi qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna bilər. Axşamdan termosda 10 dəfnə yarpağını 1/2 l qaynar suda dəmləyin və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla için.

- Dəfnə yarpağının dəmlənməsi yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.

- Dəridə müxtəlif səpgilər, uşaqlarda diatez, bişməcə zamanı dəfnə yarpağının dəmlənməsi çox yaxşı kömək edir, dərini təmizləyir, antiseptik təsir edir, səpgiləri daha solğun edir.

- Dəfnə yarpağının dəmlənməsi yuxarı tənəffüs yollarının iltihabları, sinusitlər (haymorit, frontit) zamanı inhalyasiya üçün istifadə olunur. Bunun üçün dəfnə yarpağı dəmlənir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.

- Dəfnə yarpağının dəmlənməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir. 6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftədir. 1 həftədən sonra müalicəni təkrarlamaq olar.

- Dəfnə yarpağının dəmlənməsi sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Dəfnə yarpağının dəmlənməsi ilə vannalar çox yaxşı sakitləşdirici vasitədir. Axşam yatmazdan əvvəl 20 dəfnə yarpağını 1 l qaynar suda 1 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır) və sonra vannaya əlavə edin. Belə müalicəvi vannaları bir gündən bir qəbul etmək olar.

- Ayaqlarınız həddən artıq çox tərləyirsə və ayaqlarınızdan pis qoxu gəlirsə, dəfnə yarpağı ilə ayaq vannaları edin. 10 yarpaq 1/2 l qaynar suda 1/2 saat ərzində dəmlənir, və ayaq vannası üçün suya əlavə olunur.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, dəfnə yarpağının dəmlənməsindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı, hamiləlik zamanı  bu dəmləməni istifadə etmək olmaz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri