Icma.az
close
up
RU
Dəhlizlə bağlı yeni imkan: Əliyev təsdiqlədi, Tehran razılaşa bilər

Dəhlizlə bağlı yeni imkan: Əliyev təsdiqlədi, Tehran razılaşa bilər

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın strateji maraqlarının yüksək ifadəsi olan Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar bir neçə tezis diqqət çəkir. Yaxın Şərqdə Türkiyənin maraqlarının genişləndirməsi Ankaranın Cənubi Qafqazda əhatə etdiyi təmsilçilik dairəsinin böyüməsinə də şərait yaradır”.

Turkustan.az xəbər verir ki, bu sözləri analitik Aqşin Kərimov deyib.

Analitik bildirib ki, bu konteksdə Rusiya və İranın Suriya teatrında qalib çıxan Türkiyə ilə sövdələşmək imkanlarını qiymətləndirməsi, Ankaranın Cənubi Qafqazdakı maraqları ilə uzlaşdırıla bilər:

“Xüsusilə Tehranın Suriyadakı məğlubiyyətindən sonra o, Cənubi Qafqazda Ankara ilə rəqabətini açıq qarşıdurma riskinə çevirmək imkanlarını itirib.

İran Azərbaycanın Ermənistanın cənubundakı Zəngəzura qəfil hücum ehtimalına görə narahat olsa da, bu, faktiki olaraq Tehranın Qafqazdakı rolunun marginallaşması fonunda şərh edilə bilər.

Zəngəzur dəhlizi reallaşarsa, İranın Avropaya və Rusiyaya tranzit marşrutları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin xoş niyyətindən asılı vəziyyətdə qalacaq. Bakı-Tehran xəttindəki son müsbət dinamikalar nəzərə alınmaqla demək olar ki, İran Zəngəzur dəhlizi kontekstindən özünə perspektiv üçün etibarlı iqtisadi-ticari şəbəkə axtarır”.


Aqşin Kərimov

A.Kərimovun sözlərinə görə, Bakı da Tehranla iqtisadi-ticari əlaqələri yüksəltməyi (Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fonunda) qarşıya hədəf qoyur:

“Azərbaycanın məqsədi regional əməkdaşlığı stimullaşdırmaq, İranın ambisiyalarını, onun Fransa, Rusiya ilə sövdələşmək kartlarını neytrallaşdırmaq, Tehrana münasibətdə yaranacaq tendensiyaları geoiqtisadi şəbəkələrin daxilində əritməkdir.

Azərbaycan diplomatiyası 2025-ci il başlayandan bu yana, Prezident İlham Əliyevin timsalında Zəngəzur dəhlizi ilə əlaqədar daha iddialı ton götürüb.

İlham Əliyevin ötən ay verdiyi “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır”, – deməsi həmin fikrin təsdiqidir. Görünür, Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi, Donald Trampın ABŞ Prezidenti olması və Türkiyənin regionda qazandığı uğurlardan dolayı yaranan geosiyasi dəyişikliklərdən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir”./Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri